Robotlar dad və qoxunu hiss edəcəklər
Tarix: 19.12.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər
Böyük Britaniyanın paytaxtı Londonda və İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən və robot texnikasına istiqamətlənmiş “Rewired” vençur studiyası dad və qoxunun rəqəmsallaşdırılması üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlib.
“Aromyx” dad və qoxunun rəqəmsallaşdırılmasını təmin etməyə imkan verən texnologiyanın hazırlanması ilə məşğul olur. Şirkət insana xas olan iybilmə sistemini yaradıb.
AZƏRTAC xəbər verir ki, dad və qoxunun rəqəmsal təqlidi mühəndislər, bioloqlar və kimyaçılar üçün çətin məsələ idi, çünki bunun üçün hər üç sahənin əlaqələndirilməsi tələb olunurdu. Lakin Stenford Universitetinin alimləri ilə əməkdaşlıq edən “Aromyx” insanın hiss orqanlarının beyinə göndərdiyi biokimyəvi siqnalların yenidən yaradılması və bu siqnalların informativ yolla ölçülməsi üsulunu aydınlaşdırıb. Bu üsulla birdəfəlik istifadə üçün nəzərdə tutulan, müxtəlif mühitlərə uyğunlaşdırılan biosensor “EssenceChip” yaradılıb. Bu texnologiyanın tətbiq dairəsi kifayət qədər genişdir. “Aromyx” robot texnikası üçün də böyük imkanlar yaradacaq. “Rewired” vençur studiyasının nümayəndələri iddia edirlər ki, sensor qabiliyyətlərin yaxşılaşdırılması növbəti nəsil “ağıllı” robotların yaradılmasına yol açacaq.

Mahmud

 




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“WhatsApp”dan istifadəyə görə yaş məhdudiyyəti tətbiq edilir
25.04.2018
Yumurtanın orqanizmə müsbət təsiri var
25.04.2018
Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub
24.04.2018
17 metr hündürlüyündə qar divarlar arasında marşrut açılıb
24.04.2018
Messinin illik gəliri 126 milyondur

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info