Ermənistanda işsizlik səviyyəsi artır
Tarix: 19.12.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Son zamanlar Ermənistanın hakimiyyət nümayəndələri ölkədə işsizliyin aşağı düşməsi ilə bağlı açıqlamalar sərgiləməkdədirlər. Lakin reallıq isə başqa nüanslardan xəbər verir.
Belə ki, ermənilərin “Joxovurd” nəşrinin iddiasına görə, buna səbəb, əslində, ölkədə yeni iş yerlərinin açılması yox, sadəcə, əhalinin Ermənistandan köç etməsidir: “Yeni iş yerlərinin yaradılması ilə bağlı Ermənistan hakimiyyətinin iddialarından fərqli olaraq, Ermənistanın işsizlik səviyyəsi 2008-ci il göstəricisindən də artıqdır. Əgər 2008-ci ildə Ermənistanda işsizlik səviyyəsi 16,4 faiz, 2010-cu ildə 19 faiz, 2016-cı ildə 18 faiz təşkil etmişdisə, təkcə bu ilin birinci rübündə ölkə ərazisində işsizliyin səviyyəsi 17,8 faizi ötüb”-deyə, yazan “Joxovurd” erməni rəsmilərini də fakt qarşısında qoyub. Nəşrə görə, ölkədə işsizlərin azalması onların işlə təmin edilməsi ilə bağlı deyil. Ölkədə iş tapa bilməyən erməni işləmək ümidilə xaricə üz tutmaq məcburiyyətində qalır.
Ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, bu illər ərzində Ermənistanda əmək qabiliyyətli əhalinin sayı azalıb. Xidmətin açıqlamasına görə, 2008-ci ildə ölkədə əmək qabiliyyəti olanların sayı 2 milyon 169,9 min nəfər idisə, 2016-ci ildə bu rəqəm 1 milyon 962,9 minə enib.
“Beləliklə, aydın olur ki, əgər Ermənistandan olan köçkünlərin sayı az olardısa, bu halda ölkədəki işsizliyin səviyyəsi, hətta böhran dövründəki rəqəmdən də çox ola bilərdi”- deyə, “Joxovurd” nəşri yazır.
Qeyd edilməlidir ki, Ermənistanda yaşananlar Sərkisyanın ümumerməni forumunda yüksək pafosla səsləndirdiyi “2040-cı ilə qədər Ermənistan əhalisini 4 milyon nəfərə çatdırmaq lazımdır” arzusuna kölgə salır. Axı hər arzu yerinə yetmir. Necə deyərlər: “halva-halva deməklə ağız şirin olmur”. Deyək ki, erməni hökuməti 2018-ci ildə ölkə üçün 4-5 faiz iqtisadi artım planlaşdırıb. Bu nə dərəcədə realdır? Müqayisə üçün bildirək ki, erməni iqtisadçı Vardan Bostandjyan Ermənistanda belə bir iqtisadi inkişafın inflyasiya təzyiqlərini kompensasiya edə bilməyəcəyini bildirir.
İnflyasiyanı bütün ölkələr üçün təbii bir proses kimi dəyərləndirən Bostandjyan, son vaxtlar bunun əhalinin gəlirlərinin artımından xeyli çox olduğunu bildirib.
“News.am” saytına danışan erməni iqtisadçı hesab edir ki, hazırkı vəziyyətdən çıxmaq üçün yerli istehsalın stimullaşdırılması vacibdir və bu da öz növbəsində məşğulluğun artmasına səbəb ola bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb
18.10.2018
Camal Kaşıkçının qətlində şübhəli bilinən şəxs avtomobil qəzasında ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info