Sergey Narışkin: “Bloklararası qarşıdurma daha çirkin formada geri qayıdıb”
Tarix: 19.12.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri: “Rəqiblərimiz hər vasitə ilə MDB ölkələri arasında işgüzar və ticari əlaqələrin genişlənməsinə, tranzit imkanların inkişafı və qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidə mane olmağa çalışırlar”

“ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər”

Aleksandr Bortnikov: “Terror təşkilatları Suriya və İraqda məğlubiyyətdən sonra öz qüvvələrini Yaxın Şərqdən kənara, xüsusilə də Əfqanıstana göndərirlər. Əfqanıstanda isə onlar birbaşa MDB ölkələrinə təhlükədirlər”

“Bir sıra ölkələrin öz addımlarının qlobal təhlükəsizliyə göstərdiyi təsirini nəzərə almadan göstərdiyi fəaliyyət dünyanı bir “qaynar nöqtəyə” çevirir”. Bu sözləri Rusiya paytaxtında keçirilən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib. Onun sözlərinə görə beynəlxalq vəziyyəti siyasi və iqtisadi proseslərin qeyri-müəyyənliyinin artması kimi xarakterizə etmək olar. “Situasiyanı daha da çətinləşdirən məsəl bir sıra ölkələr və onlara bağlı oyunçuların bütün kollektiv təhlükəsizlik sisteminə təsiri nəzərə almadan birtərəfli qaydada atdığı addımlardır. Yekunda belə məsuliyyətsiz siyasətin qurbanı harada yaşamasından asılı olmayaraq sadə vətəndaşlar olur. Faktiki olaraq dünya bir “qaynar nöqtəyə” çevrilir”- deyə Narışkin bildirib. Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri qeyd edib ki, MDB ölkələrinin rəqibləri bütün mümkün vasitələrdən istifadə edərək birlik ölkələri arasında əməkdaşlığın güclənməsinə mane olmağa çalışırlar: “Biz bu gün bloklararası qarşıdurmanın daha çirkin formasının geri qayıtmasının şahidi oluruq. Bizim siyasi rəqiblərimiz hər vasitə ilə MDB ölkələri arasında işgüzar və ticari əlaqələrin genişlənməsinə, tranzit imkanların inkişafı və qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidə mane olmağa çalışırlar”. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri deyib ki, ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər. Qeyd edək ki, iclasda Yaxın Şərqdəki qaynar nöqtələrdən qayıdan terrorçulara qarşı mübarizə məsələləri müzakirə olunur. Əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlığın effektivliyinin artırılması, birlik ölkələrinin təhlükəsizliyinin təmin olunmasına dair məsələlərə yönəlib. İclasda MDB ölkələri ilə yanaşı, Almaniya, İspaniya, İtaliya, Serbiya və Fransanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri də iştirak edir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov çıxışında Rusiya xüsusi xidmət orqanlarının MDB-dən olan tərəfdaşlarına beynəlxalq terrorçu təşkilatlarla əlaqədə şübhəli bilinən 300 nəfərə yaxın şəxsi təhvil verdiyini bildirib: "Onlardan 217 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Təhlükəsizlik orqanlarının məlumatları əsasında sərhəd nəzarətinə terrorçu və dini-eltremist strukturlarla əlaqədə şübhəli bilinən MDB ölkələrinin 20 min nəfərə yaxın vətəndaşı göndərilib". FTX rəhbəri terrorçuların taktika dəyişdirdiyini də vurğulayıb: "Qruplaşma başçıları öz tərəfdaşlarını "muxtar cihad"a keçməyə istiqamətləndirirlər. Onlar tərəfdaşlarını mülki şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə yönəldirlər. Onların hədəfləri isə şəhər və sosial infrastruktur obyektləri olur". Bortnikov terrorçu təşkilatların Suriya və İraqda məğlubiyyətdən sonra öz qüvvələrini Yaxın Şərqdən kənara, xüsusilə də Əfqanıstana göndərdikllərini söyləyib: "Əfqanıstanda isə onlar birbaşa MDB ölkələrinə təhlükədirlər” Suriyanı və İraqı tərk edən silahlıların ciddi təhlükə mənbəyi olduğunu bildirən Bortnikov daha sonra vurğulayıb: “Saxta sənədlərlə təchiz olunmuş terrorçular qaçqın və ya məcburi köçkün adı ilə sərhədləri keçmək üçün sadələşdirilmiş və ya vizasız rejimdən istifadə etməklə MDB ölkələrinə keçməyə çalışırlar”. İclasda eyni zamanda MDB ölkələri Antiterror Mərkəzinin rəhbəri Andrey Novikovun qurumun 2018-ci il üçün planları və təlimləri ilə bağlı məruzəsi dinlənilib.
“MDB ölkələrinin vətəndaşları üçün əsas təhlükə mənbəyi Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikada fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarıdır “
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iclas iştirakçılarına ünvanlanmış təbrik məktubunda MDB-nin xüsusi xidmətlərini terrorizm təhdidləri fonunda əlaqələri möhkəmlətməyə çağırıb. Məktubda qeyd edilir ki, MDB ölkələrinin vətəndaşları üçün əsas təhlükə mənbəyi Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikada fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarıdır. Terrorçular həmin regionlardan ekspansiya üçün meydan kimi istifadə etməyə çalışır, yeni silahlılar cəlb edir və bu regionlarda onlara təlim keçərək başqa dövlətlərdə sabitliyi pozmağa göndərirlər. Rusiya Prezidentinin fikrincə mili xüsusi xidmətlər tərəfdaşlıq əlaqələrini möhkəmlətməli, aktual məsələlərin həllinə razılaşdırılmış yanaşmalar formalaşdırmalı, peşəkar təcrübə, əməliyyat məlumatları və analitik məlumatlar mübadiləsini fəallaşdırmalı, vətəndaş cəmiyyəti strukturları ilə münasibətləri tənzimləməlidirlər. V.Putin ümidvar olduğunu bildirib ki, bu müşavirə xüsusi xidmətlərin qarşılıqlı fəaliyyətini daha da möhkəmlədəcək. O xatırladıb ki, bu cür ənənəvi görüşlər terrorizmə, ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və transmilli cinayətkarlığa qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
28.12.2017
Əli Həsənov: “Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar”
21.12.2017
Turizmdə yeni trendlər: Səyahətçilərin 88 faizi mobil üsulla sifariş etməyə üstünlük verirlər

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info