“2018-ci il iqtisadi inkişaf ili kimi tarixə düşəcək”
Tarix: 19.12.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Xəzər Universitetində “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə təşkil edib. Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun və ixracın şaxələnməsində, insan kapitalının inkişafında Strateji Yol xəritələrinin rolu böyükdür. Onun sözlərinə görə, Xəzər Universitetində bu mövzuda mühazirənin təşkil olunması, ölkədə aparılan islahat prosesi barədə ətraflı məlumatların təqdim edilməsi, gənclərin maariflənməsi baxımından əhəmiyyətlidir. Xəzər Universitetinin rektoru Hassan Niknafs bildirib ki, universitetin tələbələri beynəlxalq proqram və layihələrdə fəal iştirak edir. Bu səbəbdən də ölkədə aparılan islahatların onlara düzgün təqdim olunması Azərbaycanın müsbət imicinin formalaşmasına öz təsirini göstərir. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müəllim–professor, eləcə də tələbə heyətinə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə təqdim edib. Vüsal Qasımlı qeyd edib ki, tədris ili başlayandan bəri Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın universitetdə belə görüşlər keçirilib. Bu görüşlərin hər birində iştirakçıların marağının və müsbət rəyinin şahidi olub: “Dördüncü sənaye inqilabı şəraitində big data, əşyaların interneti, 3D printer, kvant hesablamaları, həmçinin bio, nano və koqnitiv texnologiyalar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu çağırışlara cavab vermək üçün Prezident İlham Əliyev qeyd etdiyi kimi insan kapitalını inkişaf etdirir, infrastrukturu yaxşılaşdırır və islahatları davam etdirir. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu dövlət başçısının rəhbərliyi ilə aparılan yeni nəsil islahatların müsbət nəticələr verdiyini qeyd edirlər. Bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Beləliklə, 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək”. İctimai mühazirədə 200 dən artıq professor-müəllim və tələbə heyəti iştirak edib. Mühazirədən sonra universitetin müxtəlif kafedralarını təmsil edən professor-müəllim heyətinin sualları cavablandırılıb. V.Qasımlı jurnalistlərə açıqlamasında deyib ki, son bir həftə ərzində Dünya Bankı, eləcə də Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanda aparılan iqtisadi islahatlar yüksək qiymətləndirilib və sözügedən islahatların artıq real nəticələr verdiyi qeyd olunub. V.Qasımlı nəzərə çatdırıb ki, hər iki mötəbər qurumun rəyinə görə, 2017-ci il Azərbaycanda iqtisadi islahatlar nəticəsində sabitləşdirici il olub. V.Qasımlı əlavə edib ki, hətta neft gəlirlərinin azalmasına baxmayaraq, 2018-ci ildə ölkədə 2 faizlik iqtisadi artım proqnozlaşdırılır: “Ümumilikdə isə qeyri-neft sektorunda iqtisadi artım 4 faiz olacaq ki, bu dünya səviyyəsində yüksək göstəricidir. Bütün bunlar Azərbaycanda davamlı inkişafın təmin edilməsinin bariz nümunəsidir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
16.01.2018
“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”
16.01.2018
“ASAN xidmət” Monteneqro mətbuatında
16.01.2018
“Braziliya Dünya Kubokunu qazana bilər”
15.01.2018
Azərbaycanın turizm imkanları Ukraynanın yüksək reytinqli televiziya kanalında 

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8188

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info