Formula 1 yarışına yerli media nümayəndələrinin akkreditasiyasına start verilib
Tarix: 20.12.2017 | Saat: 12:44:00 | E-mail | Çapa göndər
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb. Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə, 2018 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 31 yanvar 2018-ci il, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib: “Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin. Bildiyiniz kimi, Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara tabe tutulurlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar. Biz də öz növbəmizdə ilboyu çalışırıq ki, ölkəmizdə Formula 1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayı artsın. Fürsətdən istifadə edərək bütün yerli jurnalistləri gecikmədən 2018 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram”.
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər. Əməliyyat şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün 2018 Formula 1 Azərbaycan Qran Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Bu seminarda iştirakçılara akkreditasiyaya dair geniş məlumat veriləcək və həmçinin qeydiyyat prosesi ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
“Qışda forvard almayacağıq“
20.01.2018
“Çelsi“də ciddi itki
20.01.2018
«Barselona» Qrzimanın 7 nömrəsini saxladı
19.01.2018
Dadaşov Almaniyanın 4 klubunun transfer hədəfində
19.01.2018
Qoretska Bavariya ilə 4 illik müqavilə imzaladı

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8220

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info