“Xəmsə Kuboku”nun qalibi məlum olub
Tarix: 20.12.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən şəhər tələbələrinin “Xəmsə Kuboku” bilik yarışması təşkil edilib.
Baş İdarənin nəzdində fəaliyyət göstərən Sumqayıt İntellektual Klubunun hakimlərinin idarəçiliyi ilə keçirilən yarışda tələbə-gənclərdən ibarət 12 komanda iştirak edib. Ümumilikdə hər komandada 6 nəfər olmaqla, 72 tələbə-gənc qalib adı uğrunda mübarizə aparıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, bilik yarışı Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirakçıları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, yarışın keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bildirilib ki, Sumqayıtda da gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb, müasir tələblərə cavab verən obyektlər açılıb.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışın yekununda I yerə Sumqayıt Dövlət Universitetinin “Səfəvi” komandası layiq görülüb. II yeri Sumqayıt “ASAN xidmət” Mərkəzinin “Mübariz”, III yeri isə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin eyniadlı komandası tutub.
Qalib komandalar Baş İdarənin kubok, fəxri fərman, medal və xatirə hədiyyələri ilə təltif edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular
15.07.2018
Dünya kuboku Fransa milli komandasına təqdim edilib
14.07.2018
DÇ-2018: Bürünc medallar Belçikanın oldu
14.07.2018
“Çelsi”nin yeni baş məşqçisi məlum olub
13.07.2018
Bakı məktəbliləri beynəlxalq turnirin qalibi olublar

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info