Xaçmazda toxum emalı fabriki tikilir
Tarix: 20.12.2017 | Saat: 15:38:00 | E-mail | Çapa göndər
Xaçmaz rayonunda toxum emalı fabrikinin tikintisinə başlanılıb. İllik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur. Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.
Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.
Tikinti işlərinə dekabr ayının əvvəllərindən başlanılıb. 2018-ci ildə istifadəyə veriləcək toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Yeni yaradılan fabrikdə şimal bölgəsində məhsuldarlığı ilə seçilən “Qobustan”, “Qarabağ-22”, “Fatimə” kimi sortların istehsalına üstünlük veriləcək.
Rayondakı ən böyük toxum istehsalçısı olan Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov yeni fabrikin taxıl toxumuna tələbatın daxili istehsal hesabına təmin olunmasında əhəmiyyətli rolunu qeyd edib. Toxumçuluğun inkişafına dövlət tərəfindən son illərdə göstərilən dəstək bu sahəyə marağı artırıb, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
78 km uzunluğu olan avtomobil yolu yenidən qurulur
26.04.2018
Gəncədə içməli su və kanalizasiya sisteminin yenilənməsi layihəsi davam edir
25.04.2018
İsrail səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
25.04.2018
Naxçıvan mədəniyyət naziri təyin edilib
24.04.2018
Naxçıvanın milli iqtisadi quruculuq proseslərinə dair yeni kitab

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info