MDB-də ilk dəfə olaraq Azərbaycanda “Boeing 787-8 Dreamliner” avialaynerində “C-Check” yerinə yetirilib
Tarix: 20.12.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


MDB-də ilk dəfə olaraq Azərbaycanda “Boeing 787-8 Dreamliner" avialaynerində "C-Check" yerinə yetirilib.
“Silk Way Technics” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın “Silk Way Technics” şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq müasir “Boeing 787-8 Dreamliner” avialaynerində “C-Check” həcmində baza texniki xidməti yerinə yetirib.
“C-Check” baza texniki xidməti çərçivəsində ümumilikdə 1679 saat planlı işlərin və 174 saat isə plandankənar işlərin yerinə yetirilməsinə sərf olunub. Bu xidmət təyyarənin bütün sistemlərinin, avadanlıqlarının və strukturunun iş qabiliyyətinin yoxlanılması üzrə ən dəqiq və mürəkkəb yoxlama tiplərindən biridir. O, uçuş saatının sayı, enmə sayı və ya təyyarənin təqvim istismar müddəti ilə ölçülən ciddi müəyyən olunmuş intervallar vasitəsilə yerinə yetirilir. Texniki xidmətin bu forması xeyli dərəcədə ağırlığı və işin yerinə yetirilməsinin ciddi dövriliyi ilə fərqlənir.
Qeyd edək ki, bundan öncə “Silk Way Technics” “Boeing 747-8” təyyarələrində analoji baza xidməti yerinə yetirib.
Bu gün “Silk Way Technics”in bazasında Azərbaycan və digər ölkələrin aviaşirkətləri tərəfindən istismar olunan Boeing 747-400, 747-8, 757-200, 767-300, 787-8, Airbus A319/320/321 və А340-500/600, Embraer 170/190 və Gulfstream G200, G280, G450, G550, G650, ATR42 kimi hava gəmiləri və onların komponentlərinə operativ texniki xidmət və baza xidməti yerinə yetirilir.
Regionda və MDB ölkələrində aparıcı texniki xidmət mərkəzlərindən biri olaraq, “Silk Way Technics” texniki xidmət üzrə təsdiqlənmiş təşkilatdır və Azərbaycan (SCAA), Avropa (EASA), ABŞ (FAA), Bermud adaları (BCAA), Qətər (QCAA) və Küveytin (DGCA) aviasiya hakimiyyətlərinin sertifikatlarına malikdir. Şirkət bütün növ hava gəmilərinə xidmət olunması üçün öz texniki imkanlarını artırmağı bundan sonra da davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info