Erməni diasporu Sərkisyana qarşı
Tarix: 20.12.2017 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
“Armenianreport”:
“ABŞ vətəndaşının terror planı barədə xəbər göstərir ki, artıq sərhədlər yandırılıb, yəni erməni diasporu Sərkisyan rejiminə qarşı müharibə elan edib”

Ermənistan yenə də çalxalanır. Serj Sərkisyanın naşı rəhbərliyi, artıq ölkə əhalisi ilə yanaşı, ən böyük ümid yeri olan erməni diasporunu da narazı salıb.
“Armenianreport” saytında yer alan yazıda deyilir ki, erməni diasporu artıq hazırkı hakimiyyətə qarşı mənfi münasibətini gizlətmir: “Sərkisyanın cəzası onsuz da elan edilib. Milli Təhlükəsizlik Xidmətinin ABŞ vətəndaşının Ermənistanda terror aktları planladığı barədə mesajı, şübhəsiz ki, hakimiyyətə qarşı yönəlib. Bu isə hakim elitada ciddi narahatçılıq yaradıb. 2018-ci ilin aprel ayında Serj Sərkisyanın prezidentlik kürsüsünü hər hansı təzyiq olmadan baş nazir kürsüsünə dəyişmək istəyi və bununla da cinayət-oliqarx klanın ömrünü uzatmaq hazırlığı, deyəsən, elə də asan olmayacaq. Belə ki, Serjikin bu istəyinə yalnız erməni cəmiyyətinin böyük bir hissəsi deyil, həm də prezident üçün daha bir təhlükəli qüvvə olan erməni diasporu dayanır. Son illərdə yaradılan güclü cəzalandırıcı repressiv aparat, narazı olan tələbələrin narahatlığını asanlıqla həll edə bilər. Lakin diaspora qarşı müharibə etmək mümkün deyil. İrəvanda bunu yaxşı başa düşürlər. ABŞ vətəndaşının terror planlaması barədə xəbər göstərir ki, artıq sərhədlər yandırılıb, yəni erməni diasporu Serj Sərkisyan rejiminə qarşı müharibə elan edib. Xatırladaq ki, Ermənistan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə həmişə diaspora güvənib. Heç kəsə sirr deyil ki, Ermənistanın ən yalavac günlərində məhz erməni diasporu keçirdiyi telemarafonlar hesabına yığılan ianələrlə böyük dəstək verib. Hazırkı erməni hakimiyyəti xaricdəki erməni lobbisindən təkcə “erməni soyqırımı”nı təbliğ etmək üçün yox, eləcə də özlərini gücləndirmək üçün istifadə edirdi. Diaspordan gələn maliyyə axını Köçəryanın, ondan sonra isə Sərkisyanın hesablarına uğurla köçürülürdü. Amma bunun müqabilində erməni diasporuna Ermənistandakı siyasi proseslərə müdaxilə etmək icazəsi verilməyib. Onlar ölkədə hər hansı bir qərara təsir etmək imkanından məhrum olublar. Erməni diaspor təşkilatlarının erməni hakimiyyəti üçün əsas rolu “sağmal inək” rolunda çıxış etmək olub. Amma belə görünür ki, diaspor daha erməni oliqarxlar üçün “pul dağarcığı” olmaqdan bezib. Bunu son illər ABŞ, Fransa və digər Avropa ölkələrində Sərkisyan rejiminə qarşı keçirilən etiraz aksiyaları da göstərir. Artıq xaricdəki ermənilər də Ermənistandakı doğmalarına göndərdikləri maliyyənin sonrakı taleyindən narahat olmağa başlayıblar. Onlar anlayırlar ki, hakimiyyətini uzatmağa çalışan Sərkisyan Ermənistanı daha da zəiflədəcək və ölkə əhalisi kasıb olmaqda davam edəcək. Digər önəm kəsb edən məsələ Ermənistanda terror təhlükəsi ilə bağlı bütün cəhdlərin diaspor tərəfindən gəldiyinin açıq görünməsidir. Diaspor artıq hakimiyyətə qarşı mənfi münasibətini gizlətmir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Karen Karapetyan: ”Hakimiyyət davası uzansa, Ermənistan ağır fəsadlarla üzləşəcək”
25.04.2018
Ermənistanda nazir istefa verdi: “Küçəyə çıxıram“
25.04.2018
Ermənistanda yenə ara qarışdı
25.04.2018
Karapetyan Paşinyanla görüşdən imtina etdi
24.04.2018
Ermənistandakı çevriliş qansız ötüşməyib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info