“Hər bir futbolçuya milli komandaya düşmək üçün şans veriləcək”
Tarix: 21.12.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Milli komandada köməkçilərim Elçin Rəhmanov və Çudomir Çakarov, qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko olacaq”
“Gürcüstan ilə keçirəcəyimiz yoldaşlıq matçından əvvəl ola bilsin ki, başqa bir oyunumuz da olsun. Millətlər Liqasının başlanmasına qədər istərdim ki, oyunların sayı çox olsun. Mart və may aylarına da təlim-məşq toplanışı planlaşdırmışıq”. Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib. “Ən yaxşı futbolçuları müəyyənləşdirib komandaya cəlb etməyə çalışmalıyıq. Yerli futbolçularımızdan maksimum dərəcədə istifadə edəcəyik. Milli komandanın heyətində ola bilər ki, dəyişikliklər olsun. Hər bir futbolçuya milli komandaya düşmək üçün şans veriləcək”, - deyə mütəxəssis bildirib. Heyətə futbolçuları cəlb etmək üçün komandaların oyunlarını izləyəcəyini diqqətə çatdıran Q.Qurbanov qeyd edib: “Milli komandada köməkçilərim Elçin Rəhmanov və Çudomir Çakarov, qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko olacaq. Futbolçudan əvvəl biz düzgün məşqçi, həkim, fizioterapist yetişdirməliyik ki, aşağı yaşlı futbolçularımız sağlam böyüsünlər. Uşaq futbolunun inkişafına da təkan veriləcək. Mən Azərbaycan futboluna qürurla xidmət etmək istəyirəm. Çox istəyirəm ki, Azərbaycanlı futbolçuları yüksək nəticə göstərsinlər. Komandanın bir mövqeyində problem yaranarsa, bu komandanı ruhdan salır. Millətlər Liqasından çıxmaq şansımız olsa, biz bundan maksimum yararlanacağıq”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
26.09.2018
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
26.09.2018
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info