Ağdaş, Göyçay və Ucarda aqrobağ salınıb
Tarix: 21.12.2017 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Ağdaş, Göyçay və Ucar ərzisində meşə zolaqlarının mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi, eləcə də meyvə ağaclarından ibarət aqrobağların salınması diqqət mərkəzindədir.
Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir, Göyçay-Ucar meşəbəyliklərinin ərazisində cari ilin payız mövsümündə 130 hektar sahədə meyvə ağaclarından ibarət aqrobağların salınması ilə bağlı plan uğurla yerinə yetirilir. Bu günədək meşə idarəsinin əməkdaşları tərəfindən 115 hektar sahədə nar, tut, xurma və ərik ağacları əkilib. Meyvə bağlarının 3 hektarı Ucar, 4 hektarı Göyçay ərazisindəki, qalanı hissəsi isə Ağdaşın Abad, Qaradeyin, Ağzıbir və Ərəbşəki kəndləri ərazisindəki meşə fondunun torpaqlarında salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Hazırda müəssisənin 5 hektarlıq tingçilik təsərrüfatında tut, xurma, gavalı, ərik, heyva, şaftalı, alça, gilas ağaclarının yetişdirilməsi üçün tədbirlər görülür. Lazımi qədər toxum tədarük olunub və hazırda əkinə hazırlıq işləri görülür. Bundan əlavə, cari ilin yaz aylarında müəssisənin ərazisində 110 hektar sahədə meyvə ağaclarından ibarət meşəbağ-aqrobağ salınıb.
Qeyd edək ki, idarə meşəliklərin salınması ilə yanaşı, onun mühafizəsini də uğurla həyata keçirir. Müəssisənin tabeliyində olan 7470 hektar meşə sahəsinin yanğından mühafizəsi üçün ətraf ərazidə 3 metr enində şum zolaqları çəkilib, vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9434

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info