“Muncuqlutəpə nekropolunda 50-dən artıq qəbirin olması ehtimal edilir”
Tarix: 21.12.2017 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.
Ekspedisiyanın rəhbəri AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Goranboy rayonu ərazisində orta əsrlərə aid iki yaşayış yeri və 30 yeni kurqan, Naftalan şəhəri ərazisində isə 9 kurqan qeydə alınıb. Həmin ərazilər arxeoloji abidələrlə zəngindir. Qeydə alınan abidələrin dəqiq koordinatları və ölçüləri götürülüb.
Onun sözlərinə görə, hər il arxeoloji ekspedisiya yeni abidələri qeydə alır. Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə ilk dəmir dövrü nekropolunda bu il dörd torpaq qəbir qazılaraq tədqiqata cəlb edilib. Beləliklə, nekropolda tədqiq edilən qəbirlərin sayı 12-yə çatdırılıb. Nekropolda 50-dən artıq qəbirin olması ehtimal edilir. Arxeoloji qazıntılar zamanı yarımbükülü vəziyyətdə dəfn edilən skeletlərin ətrafından saxsı qablar, bəzək əşyaları, tunc silahlar və s. aşkarlanıb. Ekspedisiya, həmçinin həmin rayonunun Qaraçinar kəndi ərazisində yerləşən çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb olunub.
Bu il Gəncə kurqanlarında da tədqiqatlar aparılıb. M.Hüseynov tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə təşkil edilən Gəncə ekspedisiyasında iştirak edib. Alim bildirib ki, kurqanlar Gəncə şəhəri ərazisində yerləşən dünyanın ən böyük park komplekslərindən olan ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın yaxınlığında yerləşir. Burada beş daş örtüklü kurqanda arxeoloji qazıntı işləri aparılıb. Kurqanaltı kameralar düzbucaqlı formaya malikdir. Kurqanlardan sağ və sol yanı üstə yarımbükülü formada dəfn edilən insan skeletləri aşkar edilib. Skeletlərin ətrafından saxsı qablar, tuncdan hazırlanan silahlar, tunc və müxtəlif minerallardan hazırlanan bəzək əşyaları üzə çıxarılıb. Ən çox diqqətimizi cəlb edən isə az qala bütün kurqanlarda obsidian ox ucluqları ilə rastlaşmağımız olub. Maraqlı struktura malik kurqanların üzərinə xüsusi şüşə örtük çəkilərək açıq səma altında muzey kompleksinin yaradılması nəzərdə tutulub. Açıq səma altında muzey kompleksinin yaradılmasının abidələrimizin qorunması və təbliği baxımından böyük elmi əhəmiyyəti vardır. Kurqanlarda qazıntı işlərinin gələcəkdə daha geniş şəkildə davam etdirilməsi nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Arif Mirzəyev Almaniyada konsert proqramı ilə çıxış edəcək
20.07.2018
“Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət“ adlı kitab nəşr olunub
19.07.2018
Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018
“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
19.07.2018
Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9683

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info