“Bütün dünyaya göstərirəm ki, Azərbaycanın da peşəkar boksçuları var”
Tarix: 21.12.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Böyüklər arasında Almaniyada keçirilən Boks üzrə Reytinq döyüşündə azərbaycanlı boksçu Ramal Amanov da iştirak edəcək. Bu haqda Ramal Amanovun özü məlumat verib: “Döyüş Almaniyanın Maqdenburq şəhərində 2018-ci ilin 27 yanvarında olacaq. 5 ildir Rusiyada yaşayıram. Hazırda Azərbaycana yeni gəlmişəm. Mən Azərbaycanın adından döyüşürəm, hər döyüşdə də ölkəmin bayrağını qaldırıram. Almaniyada da Azərbaycan bayrağı altında döyüşəcəm”. 
Peşəkar boksçu Ramal Amanov son döyüşü haqda da danışıb: “Mənim üçün fərq etmir, kim olur olsun, hər bir boksçuyla döyüşməyə hazıram. Bir ay bundan öncə 11-ci döyüşümü qalib başa vurdum. Onu da diqqətə çatdırım ki, bütün xərcləri özüm edirəm. Azərbaycanın bayrağını dalğalandırarkən Rusiya telekanallarında canlı yayımlandı. Bütün dünyaya göstərirəm ki, Azərbaycanın da peşəkar boksçuları var”.
Xatırladaq ki, Ramal Amanov Əməkdar idman ustası, Prezident mükafatçısıdır. Boks üzrə böyüklər arasında Dünya çempionatının gümüş medalına, 2 dəfə Böyüklər arasında Dünya kubokunun bürünc medalına yiyələnib. 12 dəfə Azərbaycan çempionu olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
26.09.2018
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
26.09.2018
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info