Sercio Divina: “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır”
Tarix: 21.12.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


İtaliyalı senator:
“Biz öz torpaqlarının işğaldan azad olunması məsələsində Azərbaycanın yanındayıq”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Torpaqlarımızın işğalı ilə bağlı mövcud vəziyyət barədə həm ölkəmizdə olan beynəlxalq təşkilatların nümayəndələrinə, həm də xaricdə təşkil olunan tədbirlərdə məlumatlar çatdırılır. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılarımız xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağla bağlı münaqişənin əsl səbəbkarları, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində burada yaşayan insanların məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumatlar verirlər.

Azərbaycan səfiri Ukraynanın tanınmış telekanalına Ermənistanın işğalçılıq siyasətindən danışıb
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir”. Bu fikri Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib. Səfir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır və bu istiqamətdə siyasətini davam etdirir: “Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində, hələ ki, münaqişə öz ədalətli həllini tapmayıb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və bu günə qədər vəziyyət dəyişməz qalıb”.

Pakistan Senatının sədr müavini:
“Ermənistanı dövlət kimi tanımırıq”
Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda isə Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: “Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”. O bildirib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanı bir dövlət kimi tanımır: “Pakistanla Azərbaycan qardaş ölkələrdir. Azərbaycan hər zaman bu qardaşlığa böyük önəm verir. Biz də Azərbaycana qardaşlıq münasibətimizi əsirgəməyəcəyik.

İstənilən məsələdə Azərbaycanın yanında olacağıq”.
Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb

Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının 3 ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla, 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.
Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan Respublikası ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir.
Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımı pislədiyini və bu insanlıq əleyhinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqı ilə öz həmrəyliyini ifadə etdiyini bəyan edib.

“Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində səylər davam etdiriləcək”
İtaliya parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan parlamentlərarası assosiasiyası tərəfindən cari il ərzində görülmüş işlərin yekunlarına həsr olunmuş tədbir keçirilib. Mərasimdə assosiasiyanın üzvü olan italyan senator və deputatlar, habelə İtaliyanın siyasi, elmi-akademik, işgüzar çevrələrinin nümayəndələri iştirak ediblər. Əvvəlcə çıxış edən assosiasiyanın sədri senator Sercio Divina qədim tarixə, zəngin mədəniyyətə və multikultural ənənələrə malik İtaliya və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrdə təşəkkül tapmış yüksək səviyyəli münasibətlərdən məmnunluğunu bildirib. O, İtaliya parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan parlamentlərarası assosiasiyası və Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun apardığı işin iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.
İtalyan senator rəhbərlik etdiyi assosiasiyanın üzvlərinin iki ölkə arasında dostluğun gücləndirilməsi və Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi BMT-nin müvafiq qətnamələrinə hörmət etməyən Ermənistanın hərbi qüvvələrinin işğalı altındadır. Biz öz torpaqlarının işğaldan azad olunması məsələsində Azərbaycanın yanındayıq”, - deyə italyan senator vurğulayıb.
“Ekspo-2025” üçün Bakının öz namizədliyini irəli sürdüyünü də bildirən senator S.Divina İtaliyanın bu namizədliyi dəstəkləyəcəyinə ümidvar olduğunu deyib.
Sonra çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edən 2017-ci il ərzində ikitərəfli əməkdaşlığın inkişafında dinamikanın müşahidə olunduğunu, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirildiyini, yüksək səviyyəli siyasi dialoqun davam etdirildiyini, İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın əsas enerji təchizatçılarından biri olaraq qaldığını, iqtisadi əlaqələrin daha da genişləndiyini, mədəniyyət, elm, təhsil sahələrində mübadilələrin də artdığını vurğulayıb.
Cari il ərzində İtaliyada təşkil olunmuş çoxsaylı tədbirlər barədə də məlumat verən səfir M.Əhmədzadə həmin tədbirlərin ikitərəfli əməkdaşlıqda əldə olunmuş nailiyyətlər və gələcək perspektivlərin təhlili ilə yanaşı, ölkəmizin həqiqətlərinin daha geniş şəkildə yayılması və xalqlararası təmasların gücləndirilməsi nöqteyi-nəzərdən də faydalı olduğunu deyib. M.Əhmədzadə Azərbaycan-İtaliya əlaqələrinə, habelə ölkəmizin haqq səsinə və təşəbbüslərinə verdiyi dəstəyə görə assosiasiyanın üzvlərinə təşəkkür edib, qarşıdan gələn Milad və Yeni il bayramları münasibətilə onlara təbriklərini çatdırıb.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info