Turizmdə yeni trendlər: Səyahətçilərin 88 faizi mobil üsulla sifariş etməyə üstünlük verirlər
Tarix: 21.12.2017 | Saat: 21:04:00 | E-mail | Çapa göndər
2017-ci ilin 10 ayında dünyada səyahət edənlərin sayı 1milyard 127 milyon nəfər olub

BMT -nin Dünya Turizm Təşkilatının nəşr etdiyi “Turizm Barometri”nə görə, 2017-ci ilin 10 ayında dünyadakı səyahətçi sayı 1 milyard 127 milyon olaraq reallaşıb. Bu rəqəm keçən ilin eyni dövrünə görə 7 faiz artımla 70 milyona bərabərdir.

İnkişafın liderləri Çin, Braziliya və Rusiyadır
Ziyarətçilər baxımından, inkişafın bölgələrə görə payı 19 faiz artımla Çin lider olub. Xairici ölkələrə çıxışlarda isə Rusiya 27 faiz artımla Braziliyadan sonra ikinci sıradadır.
Ziyarətçi qəbulunda Çini 11 faizlə Cənubi Koreya, 9 faizlə ABŞ və Kanada, 7 faizlə İtaliya izləyir. Rusiya və Braziliyadan xaricə səyahətdə güclü artım qeydə alınıb. Belə ki, 10 aylıq dövrdə Braziliyadan xaricə səfərlər 33 faiz, Rusiyadan isə 27 faiz nisbətində artıb.
Xüsusilə cənub və Aralıq dənizi Avropası, Şimali Afrika və Yaxın Şərq destinasiyalarının qeyri-adi bir inkişaf göstərdiyi qeyd edilən UNWTO hesabatında, Türkiyə turizmində irəliləyiş yaşandığı qeyd edilib. Göstərilir ki, Şimali Afrikada Misir, Tunis və Fələstin kimi ölkələr keçən il yaşadıqları geriləmənin ardından bu il sürətli bir yüksəlişə keçərkən, Mərakeş, Bəhreyn, İordaniya, Livan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Dubay kimi destinasiyalarda sabit inkişaf davam edib.
Cənubi və Mərkəzi Afrikadakı 13 faiz artım, Qərbi Avropada 7 faiz, Şimali Avropadakı 6 faiz və Mərkəzi və Şərqi Avropadakı 4 faiz böyümə sayəsində Avropa daxilində ortalama 8 faiz artım qeydə alınıb.
Şimali Afrikadakı 13 faiz və Mərkəzi Afrikadakı 5 faiz inkişafla, Şimali Afrika daxilində ortalama 8 faiz ziyarətçi artımı qeydə alınıb. Afrika qonaq sayını ən sürətlə artıran ikinci bölgə olub.
Asiya -Sakit okean bölgəsində 5 faiz artım qeydə alınıb. Sakitokean bölgəsində, Cənubi Asiyada 10 faiz, Cənub-Şərqi Asiyada 8 faiz, Şimal-Şərqi Asiyada 3 faiz ziyarətçi sayı artıb. Cənubi Asiyada bəzi ölkələrdə ikiqat həcmli artım qeydə alındığı halda, bəzilərində isə rəqəmlər düşüb.
Amerika qitəsi daxilində ziyarətçi sayı ortalama 3 faiz nisbətində artarkən, artım nisbəti Cənubi Amerikada 7 faiz, Orta Amerika və Karayiblərdə 4 faiz və Şimali Amerikada 2 faiz qeydə alınıb.
Yaxın Şərq regionunda ortalama 5 faiz artım reallaşıb.

Turistlərin otel zövqləri dəyişir
"I-AM" dizayn agentliyi tərəfindən 2018-ci il üçün hazırlanan “Səyahət və Otel Təcrübəsi Trend Hesabatı”na görə turistlərin otel zövqləri dəyişib. Hesabata görə, istehlakçıların dəyişən həyat tərzi ilə yanaşı, səyahət və onların yaşayış təcrübəsi ilə əlaqədar maraqlı nəticələr ortaya çıxıb.
Avropa və Yaxın Şərqin fərqli bölgələrinə 500 səyahətçi ilə aparılan danışıqların nəticələrinə görə hazırlanan hesabat təqim edilib. Agentliyin nümayəndəsi Emre Kuzlu rəqəmsalın həyatımızdakı rolunun artması ilə yanaşı, səyahət və yerləşdirmə sektorunda istehlakçıları artıq daha özəl qonaqpərvərlik təcrübəsi gözlədiyini söyləyib.
Dəyişən həyat tərzlərinin səyahət vərdişlərini da dəyişdirdiyinə, məhdud zamanın onlara xas ehtiyaclar yaratdığına diqqəti çəkən Emre Kuzlu, "Artıq, bəzi otellər dəqiqəsi 2,5 lirəyə yalnız bir neçə saata otaqlarını kirayələyə bilir, dəyişən müştəri ehtiyacları otelçilərin standart rezerv etmək, check-in və check-out strategiyalarını yenidən qurmağı tələb edir.
Araşdırmada göstərilir ki, səyahatsevərlərin 80 faizi rezerv etdirmədən əvvəl virtual turla qalacağı oteli gəzə bilmək istəyir.
Bu gün hər şey mobil olduğundan, səyahətçilərin 88% -i məhz mobil üsulla sifariş etmək, check-in və check-out üsulunu seçir. Eyni zamanda səfərlərini və görüşlərini başqaları ilə bölüşmək və ictimai media ilə bunu etmək istəyirlər.
Anketə görə, 2 nəfərdən 1-i səyahət təcrübələrini paylaşmağın əhəmiyyətli olduğunu düşünür. Səyahət sevənlərin 85 faizi otellərində fərdi “Netflix” və “Youtube” hesablarını istifadə edə, 77 faizi mobil bir üsul vasitəsilə otaq xidməti və ya başqa xidmətlərdən istifadə etmək istəyir.
Araşdırmada digər bir təəccüblü nəticə isə indi istehlakçıların daha fərdi qonaqpərvərlik təcrübəsini yaşamaq istəyidir. Səyahətçilərin 64 faizi qaldıqları otelə gəlmədən əvvəl əsas ehtiyaclarının hazır olmasını istəyir.
Onların çoxu tətilə evdəki heyvanlarını da aparmaq istəyir. Otelin bütün qonaqları qaldıqları oteldən yerli mədəniyyəti tanıtmasını gözləyirlər. 67 faizi də maraqlarına uyğun təcrübələri yaşamaq istəyir.
2017-ci ildə Avropanın müxtəlif ölkələrindən iştirakçılarla aparılan araşdırmada, səyahət sevənlərin 42 faizi səyahət əsnasında idman fəaliyyətlərinə davam etmək istəyir. Beləliklə, səyahət sevənlərin üçdə biri qaldıqları oteldə xüsusi fitnes kursu paketləri olmasını, onlardan yarısı otaqlarında idman avadanlıqları istəyirlər.
Bundan əlavə, səyyahların 61 faizi xeyriyyə təşkilatlarına yardım edən mehmanxanalara üstünlük verir.
Beləliklə, hesabatda yer alan statistik rəqəmlərə əsasən, hava limanında 10 günlük bir tətildə ortalama 1 gün sərf edirik. Bu, ümumi məzuniyyətin 10 faizidir.
İnsanlar səfərləri ilə bağlı gördüklərini bölüşmək istəyirlər və bu gün bunu ictimai mediada həyata keçirirlər. Araşdırmalara görə, 2 nəfərdən biri səyahət təcrübələrini bölüşməyin önəmli olduğunu düşünür. Demək olar ki, bütün otel qonaqları özlərini yerli mədəniyyətlə tanış etmək üçün gözləyirlər. Səyahət edənlərin üçdə biri oteldə xüsusi fitnes kursu paketlərini almaq istəyir, onların yarısında idman avadanlıqları üçün yer var.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
“Ermənilər Özbəkistanda arzu olunmayan elementdirlər”
16.01.2018
“Geosiyasi ayrılıq”: Bundesbank dollardan imtina edib, yuanı seçir
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info