Dünya Bankı və BVF Azərbaycanda uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir
Tarix: 22.12.2017 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


“Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər ki, bu barədə qurumun icraçı direktoru Vüsal Qasımlı ADA Universitetində "Azərbaycanda iqtisadi islahatlar: Nəticələr və perspektivlər" mövzusunda oxuduğu ictimai mühazirəsində deyib. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni iqtisadi model barədə danışan Vüsal Qasımlı Malayziya, Koreya Respublikası, İsrail və başqa iqtisadi modellərlə müqayisələr aparıb: "Azərbaycanda islahatlar iqtisadiyyatın strukturunda qeyri-ticari bölməyə nisbətən ticari bölmənin daha sürətli inkişafına keçid və yeni inkişaf tsiklinin başlamasına yön verir. Beləliklə, qısamüddətli dönəmdə resurslar, o cümlədən, əmək resursları iqtisadi inkişaf çağırışlarına cavab verən səviyyədə mobilizasiya olunmalı və istifadə edilməlidir. İslahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Yeni iqtisadi modelin əsas çağırışı məhsuldarlığın artırılmasında insan kapitalının rolu mühümdür. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda, Dünya İqtisadi Forumu və Dünya Bankı tərəfindən təqdim olunan mötəbər hesabatlarda da iqtisadi islahatların nəticəsində Azərbaycanın mövqeyi xeyli yaxşılaşıb". Vüsal Qasımlı mühazirədən sonra ADA Universitetində tədrisi həyata keçirən xarici və yerli professorların, diplomatların, biznes nümayəndələrinin və tələbələrin suallarını cavablandırıb. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info