Gürcüstanın maliyyə naziri: “Azərbaycanda uğurlu islahatlar aparılır”
Tarix: 22.12.2017 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır və bizim ölkə üçün əsas investor olaraq qalır.Bu barədə Azərbaycanda səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze deyib. Azərbaycanda uğurlu islahatların aparıldığını deyən nazir qeyd edib ki, səfərinin məqsədi təcrübə mübadiləsidir. Nazir deyib: "Azərbaycanla Gürcüstanın ticarət-iqtisadi münasibətlərinin çox yaxşı perspektivi var. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsində artım olub. Düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihələrinin hesabına gələcəkdə ticarət dövriyyəmizi 2-3 dəfə artıra bilərik. Təbii ki, nəqliyyat və enerji layihələri ilə yanaşı, başqa sahələri də inkişaf etdirməliyik".
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəməyyətindən danışan Mamuka Baxtadze xatırladıb ki, yol tam istismara verildikdən sonra ilkin mərhələdə 5 milyon ton yük daşınacaq, növbəti illərdə bu göstərici 10 milyon tona çatdırılacaq. “Bu, Azərbaycan və Gürcüstan üçün çox vacib layihədir. Bu dəhlizə tələbat gözlənildiyindən çoxdur. Dəmir yolu xətti ilə il ərzində minimum 300 min konteynerin daşınacağını nəzərdə tuturuq", - deyə nazir bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info