Gürcüstan Ermənistana “nəfəslik” verəcəkmi?
Tarix: 22.12.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Əsas müxalifət partiyası olan “Vahid milli hərəkat” etiraz edir: icazə vermək olmaz

Qriqol Vaşadze:
“Bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini bu dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur”

Gürcüstan müxalifəti Baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı təklifini sərt tənqid edib. Baş nazir Georgi Kvirikaşvili parlamentdəki çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər. Bildirilib ki, bu nəqliyyat dəhlizindən istifadə ilə bağlı Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanmış müqavilədə də xatırlanır. Bu il dekabrın 19-da Berndə Gürcüstanın Gəlirlər Xidməti ilə İsveçrənin SGS kompaniyası arasında bu dəhliz ilə daşınacaq yüklərin monitorinqinin aparılmasına dair müqavilə imzalanıb. Gürcüstanın əsas müxalifəti hesab olunan “Vahid milli hərəkat” Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq xarici işlər naziri Qriqol Vaşadze deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini bu dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib. Baş nazir Georgi Kvirikaşvili olmaqla yeni hökumətdə 14 nazir olacaq. Kvirikaşvili parlamentdəki fraksiyalar və komitələr qarşısında çıxış edib. Sonra o, parlament qarşısında hökumətin inkişaf proqramı, hökumətdə aparılan struktur dəyişikliklərinin məqsədi və məramı barədə hesabat verib. Gürcüstanın Ermənistandan gələn yüklərin Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya daşınmasına icazə verməsi ilə bağlı məsələ Tbilisinin həmin separatçı rejimləri tanıması anlamına gəlir. Digər tərəfdən bu məsələdə qonşu Azərbaycan və Türkiyənin də maraqlarının nəzərə alınması vacibdir. Bu dəhlizin açılması işğalı Ermənistana “nəfəsliyin” açılması anlamına gəlir ki, bu da Bakının maraqlarına uyğun deyil. Gürcüstanın ən böyük investoru olan Azərbaycan bu ölkə ilə bir çox iri layihələr reallaşdırır. Belə olan halda Ermənistan üçün “nəfəslik” açmaq ən azı adekvat münasibət deyil. Elə Bakıda səfərdə olan Gürcüstanın maliyyə naziri də bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır və bizim ölkə üçün əsas investor olaraq qalır. Azərbaycanda uğurlu islahatların aparıldığını deyən nazir qeyd edib ki, səfərinin məqsədi təcrübə mübadiləsidir. Nazir deyib: "Azərbaycanla Gürcüstanın ticarət-iqtisadi münasibətlərinin çox yaxşı perspektivi var. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsində artım olub. Düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub Qaz Dəhlizi” layihələrinin hesabına gələcəkdə ticarət dövriyyəmizi 2-3 dəfə artıra bilərik. Təbii ki, nəqliyyat və enerji layihələri ilə yanaşı, başqa sahələri də inkişaf etdirməliyik". Bakı-Tbilisi-Qars dəmir yolunun əhəməyyətindən danışan Mamuka Baxtadze xatırladıb ki, yol tam istismara verildikdən sonra ilkin mərhələdə 5 milyon ton yük daşınacaq, növbəti illərdə bu göstərici 10 milyon tona çatdırılacaq: “Bu, Azərbaycan və Gürcüstan üçün çox vacib layihədir. Bu dəhlizə tələbat gözlənildiyindən çoxdur. Dəmir yolu xətti ilə il ərzində minimum 300 min konteynerin daşınacağını nəzərdə tuturuq".
Anar




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Bakıda Əfqanıstan hökuməti ilə “Taliban“ arasında sülh danışıqları keçiriləcək
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info