Ərdoğandan Putinə təşəkkür
Tarix: 23.12.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı BMT Baş Assambleyasının Qüdsün statusu ilə bağlı qətnamə qəbul etməsi kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. “Sabah” nəşri yazır ki, Ərdogan bu məsələ ilə bağlı BMT-də aparılan müzakirələrdə ortaya qoyduğu mövqeyə görə Rusiya tərəfinə təşəkkür edib. Dövlət başçıları Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə bundan sonra da yardım edəcəklərini təsdiqləyiblər. Söhbət zamanı həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Putin və Ərdoğan Astanada Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən 8-ci beynəlxalq görüşdə Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin vacib aspektlərinin razılaşdırılacağını ümid etdiklərini vurğulayıblar. Rusiya və Türkiyə prezidentləri ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə uğurlu inkişafı ilə bağlı aktual məsələlərə də toxunublar.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info