Hindistan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etmək istəyir
Tarix: 23.12.2017 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


"Son 25 ildə Azərbaycan yüksələn xətlə sürətlə inkişaf edib. Bu da Azərbaycan-Hindistan münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxarıb".
APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.
İki ölkə arasında fəal ticarət əlaqələrinin və vətəndaşların qarşılıqlı səfərlərinin olduğunu deyən S. Rana ikitərəfli əlaqələrin inkişafı üçün daha çox potensialın olduğunu bildirib:" Bu, çatmaq istədiyimiz səviyyə deyil. Hindistan ölkələrimizi əlaqələndirəcək beynəlxalq Şimal-Cənub dəhlizini inkişaf etdirməyi düşünür. Hindistan kənd təsərrüfatı, pambıqçılıq, tütünçülük sahələrində yüksək təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla paylaşa bilər. Bundan başqa, Azərbaycanın informasiya texnologiyası üzrə böyük potensialı var və bu sahədə də əməkdaşlıq edə bilərik. Bu, hər iki ölkəyə kömək edə bilər. Həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsi inkişaf etdiyindən bu istiqamətdə əməkdaşlıq edə bilərik. Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırdığımız digər sahə isə kosmik sahədir".
Səfir bildirib ki, Azərbaycan çox dinamik ölkədir və Hindistan hər sahədə əməkdaşlıq etməyə hazırdır.
Diplomat əlavə edib ki, ölkələr arasında əlaqələr daha da dərinləşməlidir və buna beynəlxalq Şimal-Cənub dəhlizi, eləcə də aviareyslər vasitəsi ilə nail oluna bilər: "Biz inkişaf etmiş sənaye sahələrində birgə müəssisələrin yaradılmasını, eləcə də mədəniyyət, humanitar sahədə əməkdaşlığı davam etdirmək və qarşılıqlı səfərləri artırmaq istəyirik. Növbəti ildə iki ölkənin XİN rəhbərləri arasında məsləhətləşmələri, hökumətlərarası komissiyanın növbəti görüşünü keçirməyi və daha yüksək səviyyəli səfərlər həyata keçirməyi nəzərdə tuturuq".




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
İtaliya prezidenti Azərbaycana rəsmi səfərə gəlib
17.07.2018
“İaşə müxalifəti”nin həmrəylik problemi
16.07.2018
Terrorun, kriminalın, təxribatın yanında duran müxalifət
16.07.2018
“Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil”
16.07.2018
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info