Ermənistanda işsizlərin üçdə ikisi qadınlardır
Tarix: 24.12.2017 | Saat: 13:25:00 | E-mail | Çapa göndər

Etiraf edilməlidir ki, işsilik bu gün dünyanın bütün dövlətləri üçün ən ağrılı yerlərdən biridir. Hətta dünyanın aparıcı dövlətləri belə bu problemli məsələdən sıgortalanmayıb. Lakin unutmaq lazım deyil ki, Ermənistan kimi miskin iqtisadiyyata malik ölkədə bu gün işlə bağlı hər hansı bir polemika açmaq gülünc olardı. Bunu bəzi acıqfikirli erməni ziyalıarı da etiraf edirlər. Axı iqtisadiyyatı olmayan, kənd təsərrüfatı bərbad vəziyyətdə olan bir ölkənin əhalisi iş üçün hara üz tutmalıdır? “News. am” saytı 2017-ci il dekabr ayının 1-nə olan statistikaya istinad edərək, bu gün Ermənistanda işaxtaranların ümumi sayının 87,1 min nəfər oldugunu yazır. Sayt, şəstlə, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azaldıgını da bildirməyi unutmur. Əla ğöstəricidir. Amma, maraqlıdır, bunlar Ermənistandamı işlə təmin olunublar? Xeyir! Bunu sayt da yaxşı bilir ki, ölkədə işaxtaranlar arasındakı 9,1 faiz azalma onların işlə təmin olunması sayəsində deyil, sadəcə Ermənistandan qaçmaları sayəsində yaranıb.
Erməni saytı Ermənistan kimi aqrar bir ölkədə kənd əhalisinini 35,4 faizinin hələ də işsiz oldugunu, iş axtardıgını bildirir. Ölkədəki qadınların işlə təminatı isə daha bərbad vəziyyətdədir. Belə ki, bu gün bu ölkədə işsizlərin üçdə ikisini qadınlar təşkil edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Ukraynada ATƏT müşahidə missiyasının üzvü ölüb
18.01.2018
Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilə bilər
18.01.2018
Erməni deputat: “Ermənistanda hökumət ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil”
18.01.2018
“Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər“
18.01.2018
Erməni hərbçilər qəza törədiblər-2 ölü

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info