Sürücülük mədəniyyəti və artan qəzalar…
Tarix: 20.05.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 18-19-da respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 19 nəfər ölüb, 51 nəfər yaralanıb.
Bu rəqəm bir daha onu göstərir ki, hər gün baş verən yol-nəqliyyat hadisələrinin sayı azalmaq bilmir və beləliklə də, insanların həyatı təhlükə qarşısında qalır. BMT-nin hesabatına görə, hər il təqribən 1,3 milyon insan yol qəzasında həlak olur, 50 milyon insan müxtəlif xəsarətlər alır. Həlak olanların 250 mini piyadalardır. Bütün dünyada yollarda hər həftə 5000-dən çox piyada vurulub öldürülür. Belə ki, 15-29 yaş arasında ölənlərin əsas ölüm səbəbi məhz yol hadisələridir. Bu gün yollarda təqribən 1 milyard nəqliyyat vasitəsi hərəkət edir ki, 2030-cu ilə qədər bu rəqəm iki dəfə artacaq. Həyat üçün təhlükələrlə yanaşı, yol hadisələri fərdlər və cəmiyyətə iqtisadi zərbələr də vurur. ÜST-yə görə, bu qəzalarda risk faktorları arasında əsasən sürət, sərxoşluq və idarəetmə, təhlükəsizlik kəmərlərindən və uşaqlar üçün təhlükəsizlik vasitələrindən istifadə olunmaması yer alır. Adıçəkilən qəza səbəbləri ölkəmiz üçün də keçərlidir. Bu, bir faktdır ki, ölkədə avtomobil sayı gündən-günə artır. Lakin hər kəs avtomobildən istifadə etməsi üçün ilk növbədə yol hərəkəti qaydalarını bilməli və ona əməl etməlidir. Lakin təəssüf ki, bu gün qəza törətmək sürücülərdə sanki vərdiş halını alıb və bunu təbii hal kimi qarşılayırlar. Ancaq sürücülər bilməlidir ki, avtomobilin etibarlı bir şəkildə yol alması hər şeydən öncə sürücünün məsuliyyətinə bağlıdır. Bu baxımdan bütün sürücülər avtomobili idarə etməni çətinləşdirən bütün vəziyyətləri öyrənərək qəza riskini azaltmağa yönəlmiş tədbirlər almalıdırlar. Məsələn, bu gün sürücülərin avtomobil idarə edərkən ən çox yol verdiyi nöqsanlardan biri mobil telefondan istifadə etməsidir. Artıq bu, bir faktdır ki, avtomobil idarə edərkən mobil telefonla zəng etmək, gələn zəngi cavablandırmaq, nömrə yığmaq kimi davranışlar sürücünün diqqətinin dağılmasına səbəb olur ki, bütün bunlar qəzaya yol açır. Yaxud avtomobilin ayrılmaz detalı hesab edilən təhlükəsizlik kəməri hər bir sürücünün həyatı üçün də mühüm bir detaldır. Bir çoxları isə bunun yalnız baş verən yol-qəza hadisələrindən sonra fərqinə varır. Xarici ökələrin bir çoxunda təhlükəsizlik kəmərlərindən geniş istifadə edildiyi halda, ölkəmizdə buna bir qədər laqeyd yanaşılır. Ən başlıca səbəblərdən biri məhz yüksək sürətdir. Sanki sürücülər avtomobil idarə edərkən ondan rahat nəqliyyat vasitəsi kimi deyil, yarış məqsədilə istifadə edilər. Bu isə nəticədə nəinki özünün, neçə-neçə insanın, yaxınlarının həyatına son qoyur. Bütün bunların qarşısını almaq üçün sürücülər sürücülük mədəniyyətinə malik olmalıdır ki, bu məqsədlə də ilk növbədə onların maariflənməsinə ehtiyac var.




 
Müəllifin son yazıları

20.06.2019 İslahatlar müxalifəti niyə narahat edir?
07.03.2019 Leyla Yunusun daxilindəki erməni sevgisi
11.02.2019 Qərəzin də bir həddi var...
31.01.2019 “Milli şura”nın növbəti iflası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info