Qulam İshaqzai: “BMT səviyyəsində Azərbaycandan çox məmnunuq”
Tarix: 25.12.2017 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, deputatlar iştirak ediblər.
Konfransda çıxış edən Əli Əhmədov BMT tərəfindən hazırlanmış və həyata keçirilməkdə olan qlobal layihə - Dayanıqlı İnkişaf üzrə gündəlik barədə məlumat verib. O qeyd edib ki, bu layihə 2015-ci ildə hazırlanıb. Dünya dövlətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan bu layihəyə qoşulub. Layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyada iqtisadi və sosial cəhətdən, eyni zamanda, ətraf mühitin yaxşılaşdırılması baxımından köklü dəyişikliklər edilməsindən ibarətdir. Bu qlobal layihə həyatın bütün sferalarını əhatə edir, həmçinin bu layihə bütün dövlətlər üçün - istər inkişaf etməkdə olan, istər orta səviyyədə inkişaf etmiş, istərsə də inkişaf etmiş olan dövlətlər üçün nəzərdə tutulub. Söhbət qarşıdakı 15 il ərzində bütün dünya dövlətlərində çox ciddi, pozitiv dəyişikliklərin təmin edilməsindən gedir. Buraya bəşəriyyət üçün çox mühüm əhəmiyyət kəsb edən ekoloji tarazlığın təmin edilməsi, eyni zamanda, gender bərabərliyi kimi bəşəriyyəti düşündürən məsələlərin həlli, insan haqları və hüquqları probleminin daha da təkmilləşdirilməsi kimi məsələlər də daxil edilib. Belə bir layihə minilliyin başlanğıcında da həyata keçirilib. Minilliyin İnkişaf Məqsədlərinə Azərbaycan da qoşulub. Bu məqsədlərin həyata keçirilməsi istiqamətində dövlət tərəfindən əhəmiyyətli işlər görülüb.
Baş nazirin müavini bildirib ki, bu proqrama daxil olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin mahiyyəti qarşıda duran 15 il ərzində - 2030-cu ilə qədər bu qlobal layihənin qoyduğu hədəfləri və məqsədləri yerinə yetirməkdən ibarətdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə bir konfransın Azərbaycan Respublikası Milli Məclisində keçirilməsi təqdirəlayiqdir. Qeyd edib ki, müzakirəyə çıxarılan “Dayanıqlı İnkişaf üzrə Gündəlik” layihəsində 2015-ci ildən 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərin, vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm məsələlər öz əksini tapıb. Burada hansı addımların atılacağı, problemlərin həlli istiqamətində hansı işlərin görüləcəyi barədə müəyyən məsələlər mövcuddur. Dünya dövlətləri bir yerdə bu məsələlərin öhdəsindən gəlməlidirlər. Yoxsulluq, aclıq, ümumiyyətlə, sosial-iqtisadi problemlərin həlli bütün dünyanı narahat edən məsələlərdir. Nəzərə alsaq ki, bu gün dünyamız çox narahat bir vəziyyətdədir, Yaxın Şərq ölkələrində müharibələr gedir, miqrant və qaçqın problemi mövcuddur. Neçə illərdir ki, Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal edilib, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemlərin həllində Azərbaycan daha çox maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə bu məsələ ilə bağlı “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” yaradılıb. Bu, Azərbaycanın həmin məsələyə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Ölkəmizdə insanların sosial-iqtisadi problemləri ilə bağlı bir çox dövlət proqramları qəbul olunub.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, Milli Əlaqələndirmə Şurası qısa zaman kəsiyində yaranmasına baxmayaraq, kifayət qədər uğurlar qazanıb. O deyib: “Bu il də Azərbaycan BMT-nin bir sıra missiyalarını ölkədə qəbul edib. Biz özünün bu dayanıqlı inkişaf hədəflərini milliləşdirməsi istiqamətində Azərbaycanın tərəqqipərvər rolunu bir daha təqdir edirik. Prezident İlham Əliyevin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərmanı da çox təqdirəlayiqdir. Bu regionda çox azsaylı ölkələr məhz belə təşəbbüsü qəbul ediblər. Biz buna görə də BMT səviyyəsində Azərbaycandan çox məmnunuq”.
Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərində sosial aspektlərin həyata keçiriməsində parlamentin rolu”, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dayanıqlı İnkişaf Məqsədlərində iqtisadi hədəflərə nail olunmasında parlamentin rolu”, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzuları ilə çıxış ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir
15.06.2018
“Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır“
14.06.2018
“Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info