76 yaşlı kişi magistr imtahanı verib
Tarix: 25.12.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər
Çində 76 yaşlı kişi ölkədə magistratura təhsil pilləsinə keçirilən qəbul imtahanında iştirak edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu, Cou Veymin adlı abituriyentin magistr olmaq üçün 5-ci imtahanıdır. Belə görünür ki, bundan əvvəl 4 dəfə uğursuz olan Counun magistr olmaq planından əl çəkmək niyyəti yoxdur.
Cou Veymin uşaqlıqdan oxumağa böyük həvəsi olsa da, ailəsinin maddi vəziyyəti səbəbindən ali təhsil almaq arzusunu reallaşdıra bilməyib. Çində 2001-ci ildə tələbə olmaq üçün yaş həddi aradan qaldırılandan sonra Cou yaranmış imkandan istifadə etmək qərarına gəlib. O, 63 yaşında Şanxay Tibb Universitetinə qəbul olunaraq, ölkədə ən yaşlı tələbə adını qazanıb. Bununla kifayətlənməyən Cou Veymin 3 il əvvəl Ciasin Universitetinin bakalavr pilləsini ətraf mühit mühəndisliyi ixtisası üzrə bitirib.
“Əgər mən oxumağı dayandırsam, boşluq hiss edəcəyəm. İnsanların ambisiyaları olmalıdır. Öyrənmək heç bir yaşda gec deyil”, - deyə 76 yaşlı bakalavr bildirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Rusiya şirkəti kosmosda otel yaratmaq istəyir
16.01.2018
Sinqapurda suyun keyfiyyətini robotlar yoxlayacaq
16.01.2018
Zökəmi düzgün müalicə edilməlidir
16.01.2018
Özbəkistanda 8 ton ağırlığında plov hazırlanıb
15.01.2018
Fındığın tükənməz faydaları

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info