Sərkisyanı Tbilisiyə aparan səbəb Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir
Tarix: 25.12.2017 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Conni Melikyan:
“Bir müddət əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionda infrastruktur layihələrini xeyli aktuallaşdırıb”

Dünən Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana iki günlük səfəri başlayıb. İlin son səfərində Ermənistanla Gürcüstan arasında olan münasibətlər müzakirə olunur. Səfir təyinatı ilə bağlı yaşanan qalmaqaldan sonra iki ölkə rəhbərliyi bir araya gəlir. Xatırladaq ki, Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyan rəsmi Tbilisi tərəfindən narazılıqla qarşılanmışdı. Tbilisinin Minasyana aqreman verməməsi narazılıq yaratmışdı. Bundan sonra Ermənistan məcbur qalaraq səfiri dəyişdirmişdi.

Sərkisyanın səfəri yeni səfir Ruben Sadoyanın təyin olunması ilə üst-üstə düşüb. Amma ekspertlər bu səfir təyinatını da birmənalı dəyərləndirmir. Hesab olunur ki, Ermənistan üçün strateji əhəmiyyət kəsb edən bir ölkəyə təcrübəli diplomat deyil, keçmiş deputatın səfir təyin edilməsi peşəkar yanaşma deyil. Erməni ekspert Conni Melikyan hesab edir ki, səfərin yeni səfir təyinatı ilə üst-üstə salınması müsbət məqamlardan xəbər verir. Melikyana görə İrəvanla Tbilisi gələn il üçün əməkdaşlıq imkanlarını genişləndirməyi müzakirə edəcək. Əsas məsələ ticarət, enerji və turizmdir: “İki ölkənin tranzit potensialını artıracaq infrastruktur layihələrinin müzakirəsi aparılacaq”. Ekspertlər hesab edirlər ki, Sərkisyanı ilin son günlərində qonşu Gürcüstana aparan əsas məsələ elə tranzit layihələrilə bağlı məsələlərdir. Bir neçə gün əvvəl Gürcüstan tərəfi Ermənistandan gələn yüklərin Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya daşına biləcəyinə işarə edib. Gürcülər arada vasitəçilik edən İsveçrənin SGS şirkəti ilə danışıqların növbəti mərhələsini keçirib və ilkin razılığa əsasən separatçı rejimlərdə olan gömrük yoxlamasını isveçrəlilər həyata keçirəcək. Bu məsələ Rusiyanın 2011-ci ildə Dünya Ticarət təşkilatına daxil olması ilə bağlı ortaya çıxmışdı. Həmin vaxt məhz bu məsələ ətrafında razılıq əldə edildikdən sonra Rusiya həmin təşkilata üzv qəbul olunmuşdu. Bu gün faktiki olaraq Gürcüstanın həmin ərazilərdən istifadəyə ehtiyacı yoxdur. Çünki Gürcüstanın Kazbeqi vasitəsilə avtomobil yolu ilə, Azərbaycan vasitəsilə dəmir yolu ilə Rusiya ilə əlaqəsi var. Gürcüstanın nəzarəti alında olmayan separatçı ərazilərdən dəmir yolu əlaqəsinin bərpası Tbilisi üçün aruzolunmaz vəziyyət yaradır. Belə çıxır ki, Tbilisi separatçı rejimləri tanımış olur. İndiyə qədər Tbilisini bu məsələdə addım atmaqdan çəkindirən əsas səbəb də mövcud geosiyasi şərlər çərçivəsində separatçıların legitimləşdirilməsi qorxusu olub. Amma Azərbaycanın torpaqlarını işğal etdiyi üçün blokadaya düşən Ermənistan üçün bu məsələ hava-su kimi vacibdir. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan işğalçı Ermənistan üçün Abxaziya vasitəsilə dəmir yolu, Cənubi Osetiya vasitəsilə avtomobil yolu əlaqəsinin yaranması həyati əhəmiyyət kəsb edir. Hərbi Gürcüstan yolu adlanan keçid məntəqəsi isə qış aylarında qapalı olur. Ona görə də separatçı rejimlərdən keçməklə dəmir və avtomobil yolu əlaqəsinin bərpası istiqamətində müzakirələrin gedəcəyi dəqiqdir. Erməni ekspert Conni Melikyan “Nezavivsimaya qazeta”ya bildirib ki, Mehridə yaradılması nəzərdə tutulan azad ticarət zonası, “Şimal-Cənub” nəqliyyat dəhlizi də Gürcüstan-Ermənistan rəhbərliyinin görüşündə müzakirə olunacaq: “Bir müddət əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadə verilməsi regionda infrastruktur layihələrini xeyli aktuallaşdırıb”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Ermənistan indi də nicatı Avropada axtarır
17.07.2018
Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib
17.07.2018
Vergilər nazirinin müavini Tbilisidə regional forumda iştirak edir
17.07.2018
Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur
16.07.2018
“1in.am”: “Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info