Pakistan terror nəticəsində 123 milyard dollar itirib
Tarix: 25.12.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər
Pakistanın ABŞ-dakı səfirliyinin hazırladığı sənəd tezliklə Vaşinqtonda bütün müvafiq mərkəzlərə göndəriləcək

Pakistanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi terrorla mübarizədə hökuməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat yayıb. “RİA Novosti”-nin yaydığı məlumatla görə, Pakistan səfirliyi konkret rəqəmlər açıqlayıb.
Qeyd edilir ki, Pakistan iqtisadiyyatı terror hücumları nəticəsində 123 milyard dollar itirib. Pakistan İslam Respublikasının xarici işlər nazirinin müavini Ayzaz Əhməd Çodri “RİA Novosti”yə verdiyi açıqlamada deyib ki, terror hücumlarına qarşı mübarizə və dəyən ziyanla bağlı hazırlanan sənəd tezliklə ABŞ-ın bütün müvafiq mərkəzlərinə göndəriləcək. Qeyd edilməlidir ki, Pakistan hökuməti 2015-ci ildə terrorizmə mübarizə üzrə Milli Fəaliyyət Planı həyata keçirməyə başlayıb. Bu plana əsasən İslamabad terrorla mübarizə üçün 11 min nəfərdən ibarət qrupu yaradıb. “Bu sahədə böyük uğurlar əldə etsək də, başa düşürük ki, işimiz hələ yekunlaşmayıb. Pakistanda bu gün də çox sayda terror hücumları baş verməkdədir. Bu terrorların əksəriyyəti Əfqanıstanda olan hərbi qruplar tərəfindən həyata keçirilir” - deyə səfirliyin məlumatında bildirilir. Sənəddə qeyd edilir ki, təkcə 2003-2017-ci illər arasında Pakistanda həyata keçirilən terror hücumları nəticəsində ölkənin təxminən 22 min dinc sakini və təxminən 7 mindən artıq təhlükəsizlik işçisi qətlə yetirilib. ABŞ-ın dövlət rəsmiləri Pakistan dövlətini öz ölkələrində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün səylərini artırmağa çağırıb. ABŞ-ın dövlət katibi Reks Tillersonun sözlərinə görə, terrorçular bu gün də Pakistanın müxtəlif sığınacaqlarında yaşayışlarını davam etdirməkdədirlər. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin avqustunda Əfqanıstanla bağlı yeni strategiyanı açıqlamışdı. O, həmin vaxt İslamabadı da ərazisində “terrorçuları gizlətdiyinə görə” təhdid edərək, belə davam edərəsə, “İslamabadın çox şey itirə biləcəyini” bəyan etmişdi. Qeyd edilməlidir ki, bir müddət bundan əvvəl Rusiya, Çin və Pakistan xarici siyasət idarələrinin yüksək səviyyəli nümayəndələri Moskvada bir araya gələrək Əfqanıstanla bağlı müzakirələr aparmışdı. Həmin iclasda Ayzaz Əhməd Çodri Əfqanıstanda yerləşən terrorçu qrupların Mərkəzi və Cənubi Asiya ölkələri üçün ciddi təhlükə yaratdığını dilə gətirmişdi. O çıxışında, həmçinin “İŞİD” və Əfqanıstandakı “Taliban” qruplaşmasının artan hərbi fəaliyyəti ilə əlaqədar narahatlığını dilə gətirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
ABŞ PKK-ya zenit-raket kompleksləri verib
16.01.2018
ABŞ PKK-nın Suriya qoluna zenit-raket kompleksləri verib
16.01.2018
Rumıniyanın Baş naziri istefa verib
15.01.2018
Liviyada beynəlxalq hava limanına hücum nəticəsində 11 nəfər ölüb
15.01.2018
Hindistan və Pakistan əsgərləri arasında atışma baş verib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info