“Bakı düşündüyümdən daha da gözəldir”
Tarix: 25.12.2017 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Firuzə Osman:
“Girne Amerikan Universitetində Azərbaycandan daha çox tələbənin təhsil almasına önəm veririk”

Bu gün müxtəlif ölkələrin universitetləri Azrbaycanla təhsil sahəsində əməkdaşlıq etməyə maraqlıdır. Bu baxımdan, dünyanın bir sıra tanınmış universitetlərinin rəsmiləri ölkəmizə səfərlər edirlər. Elə Şimali Kiprin Girne Amerikan Universiteti də öz tələbələri arasında azəbaycanlı gəncləri görmək istəyir. Girne Amerikan Universitetinin Beynəlxalq ofis müdiri Firuzə Osman bu kimi məsələlərlə bağlı ölkəmizdə qonaqdır. O, qəzetimizə müsahibəsində təmsil etdiyi universitet və Azərbaycanla bağlı fikirlərini bildirdi. Qeyd edək ki, Firuzə xanımın valideynləri əslən Türkiyənin İzmir şəhərindəndir. Amma o, İngiltərədə dünyaya gəlib. Ali təhsilini də İngiltərədə alıb. Magistr təhsilinə isə Girne Amerikan Universitetində yiyələnib. Son 4 ildir Kiprdə yaşayır.
- Sizin Girne Amerikan Universitetində əsas işiniz nədən ibarətdir?
-Mən 2 ildir Girne Amerikan Universitetinin Beynəlxalq ofis müdiri vəzifəsinə təyin olunmuşam. Biz universitetin tanıtım marketinq işlərini görürük. Beynəlxalq əlaqələrin qurulmasına çalışırıq. Universitetdə Multikultural Mərkəzimiz var. Burada əcnəbi tələbələrə sosial ortam yaradırıq. Bizim univetsitetin müxtəlif ölkələrdə 7 kampusu var. Onun da koordinasiyasını biz edirik. Hazırda universiteti tanıtmaq üçün Bakıya gəlmişəm.
- Azərbaycan haqqında əvvəllər maraqlanmışdınızmı?
-Nə qədər İngiltərədə yaşasam da, türk mədəniyyəti ilə böyüdüyüm üçün Azərbaycan haqqında internetdən, mediadan məlumatım var idi. İlk dəfədir ki, Azərbaycanda oluram. Azərbaycan hər zaman maraqlandığım, arzusunda olduğum ölkə olub. Bura gəlməklə də arzuma çatdım.
- İnternetdə, televiziyada görünən Azərbaycanla real gördüyünüz Azərbaycanda fərq hiss etdinizmi?
-Müxtəlif xalqların mədəniyyətini öyrənmək üçün fərqli-fərqli ölkələri gəzmək mənə çox maraqlıdır. Sosial mediada özümün səhifəm var. Həvəskar olaraq fotoqraflıq da edirəm. Ona görə bura gəlmədən öncə bir az araşdırma etdim. Düzü, Bakıda gözlədiyimi gördüm. Hətta Bakı düşündüyümdən daha da gözəldir.
- Maraqlıdır, Türkiyə, Azərbaycan və Gürcüstanda nə kimi ümumi və fərqli cəhətlər var?
-Ötən il Tbilisidə də oldum. Bakı küçələri bir az mənə oranı xatırlatdı. Mən Kiyev şəhərində də olmuşam. Bu şəhərlərdə ümumi olan odur ki, sovetdən qalan binalar var. Yeməklərində də oxşarlıq var. Azərbaycan isə türk dilinə, mədəniyyətinə daha yaxındır. O birilərinin isə ruslara yaxınlığı hiss olunur.
- Siz Bakıda ikən “Regionun gələcəyi: Geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpoziumda da iştirak etdiniz. Bu simpoziumun nə kimi effekti var?
-Bura gəlişimizin iki məqsədi var. Öncəsi simpoziumda da yer aldıq. Maraqlı müzakirələr oldu. “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunan simpoziumda GAU-nun vizionu, beynəlxalq sahədə işləri, ali təhsilə, xüsusilə də KKTC, ümumiyyətlə isə dünyaya qatdığı yeniliklər iştirakçı və tamaşaçılar tərəfindən paylaşıldı. Xüsusilə son 10 ildə ali təhsildə yaşanan dəyişmələr ölkələrin vermiş olduqları dəyərlə irəliləməkdə, inkişaf etməkdədir. Bu səbəblə ali təhsil bir sektor olmuş, universitetlər özlərini infrastruktur, akkreditasiya, təhsil keyfiyyəti və s. inkişaf etdirmək məcburiyyətində qalıblar. Bu rəqabətin detalları, yaratdığı müsbət inkişaflar və beynəlxalq tələbə əlaqəsi iştirakçılar ilə paylaşıldı.
İkincisi isə əvvəldə də dediyim kimi, univetsitetimizi burada tanıtmağa çalışırıq. Girne Amerikan Universitetində, əsasən, əcnəbi tələbələr təhsil alırlar. Azərbaycan bizə həm dil, həm mədəniyyət, həm də məsafə baxımından çox yaxındır. Ona görə Azərbaycandan daha çox tələbənin təhsil almasına önəm veririk. Həmçinin iş birliklərimiz var. Buna görə də simpozium bizim üçün çox əhəmiyyətlidir. Bu tədbirin əlaqələrimizi möhkəmləndirəcəyinə inanıram.
- Universitetinizdə kifayət qədər azərbaycanlı tələbə varmı?
-Hələ ki, çox deyil. Bu il Azərbaycandan nisbətən çox tələbə gəldi. Bizdə daha çox qazaxıstanlı tələbə var. Növbəti ildə Azərbaycandan tələbələrin daha çox gələcəyinə ümid edirik. Çünki bizdə təhsil alan tələbələr bura qayıdandan sonra öz təəssüratlarını danışacaqlar. O zaman universitet daha çox tanınmış olacaq. Bu da azərbaycanlı tələbələrimizin sayının artmasına təsir edəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”
16.03.2019
“Hamı “Qarabağ”ı məğlub etmək istəyir”
07.03.2019
Krançı qadın: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”
01.03.2019
“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
28.02.2019
Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info