Rusiyada erməni lobbisinin növbəti uğursuzluğu
Tarix: 25.12.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, ötən il Moskvada tarixçi-alim Oleq Kuznetsovun "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyası çapdan çıxıb. Buna görə Rusiyada erməni lobbisi rusiyalı tarixçini cəzalandırmağa çalışıb. Lakin Rusiyada erməni lobbisinin tarixçi-alim Oleq Kuznetsovu yazdığı "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasına görə cinayət məsuliyyətinə cəlb etmək cəhdləri növbəti dəfə uğursuzluğa uğrayıb. Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzi rusiyalı tarixçinin müəllifi olduğu məlum monoqrafiya ilə bağlı qərarını açıqlayıb.
Belə ki, Rusiya DİN-in Ekstremizmə qarşı Mübarizə Mərkəzi O. Kuznetsovun "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında Rusiya qanunvericiliyinin normalarının pozulması hallarını, elmi əsərdə millətlərarası münaqişənin qızışdırılması məqamlarını aşkar etməyib.
O. Kuznetsov APA-ya açıqlamasında bildirib ki, bu ilin avqust ayında Rusiya DİN-in Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzi Venyov şəhəri sakini milliyyətcə erməni Manuk Avetisyanın iddiası əsasında məlum monoqrafiyada ekstremist ünsürlərin olub-olmamasını yoxlamağa başlayıb: "Manuk Avetisyan Tula vilayətində bu gün uğurlu iş adamı kimi məşhurdur. O, böyük kənd təsərrüfatı müəssisəsinin, ərzaq malları mağazalar şəbəkəsinin sahibidir. Avetisyan həm də regiondakı erməni icmasının fəaliyyətində fəal iştirak edir. 10 il bundan qabaq, 2007-ci ilin iyul ayında Ermənistandan gələn ermənilərlə yerli sakinlər arasında baş verən millətlərarası münaqişə sayəsində Manuk Avetisyanın adı bütün Rusiyada məşhurlaşmışdı. Belə ki, Venyov şəhərində ermənilər erməni-katolik kilsəsini inşa edəndən sonra bu şəhəri erməni şəhəri adlandırmışdılar. Bu, yerli sakinlərin böyük etirazına səbəb olmuşdu. O zaman yerli sakinləri sakitləşdirmək üçün rayon mərkəzinə Rusiya DİN-in 108-ci batalyonunun zirehli texnikası yeridilmişdi. Kriminal aləmdə "Manuk Venevski" kimi tanınan bu şəxs həmin çaxnaşmaların təşəbbüskarlarından və baş sponsorlarından biri olub. Lakin o zaman Avetisyan yerli hakimiyyətdəki himayədarlarının köməyi ilə cinayət məsuliyyətindən boyun qaçıra bilib. İndi isə o, rusiyalı alimi ekstremizmə görə cinayət məsuliyyətinə cəlb olunmasına çalışır".
O. Kuznetsov Rusiya DİN-in Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzinin yoxlama çərçivəsində İstintaq Komitəsinin və Ədliyyə Nazirliyinin Tədqiqat Mərkəzinin monoqrafiya ilə bağlı materiallarına diqqət etdiyini də söyləyib: "Məhz İstintaq Komitəsinin çıxardığı qərarlar əsasında Manuk Avetisyana elmi işimdə Rusiya qanunvericiliyinin normalarının pozulmadığı bildirilib. Rusiya çoxmillətli dövlətdir. Ona görə də millətlərarası münaqişəni qızışdırmaq cəhdlərinin qarşısı çox sərt şəkildə alınır. Rusiya qanunvericiliyi hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu sahədə fəaliyyət göstərmək üçün böyük səlahiyyətlər verir. Rusiyadakı erməni lobbisinin məni elmi işimə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdləri artıq üçüncü dəfədir puça uğrayır. Bu isə o deməkdir ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək peşəkarlıqla çalışırlar. Ola bilsin ki, sözlərim kimdəsə ironik gülüş oyatsın, lakin mən əminəm ki, ölkəm, həqiqətən də hüquqi dövlətdir".
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan iki dəfə imtina edib.

“Biz də ermənilərin yalan danışdıqlarını bildiririk”
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov APA-ya müsahibəsində erməni yalanlarından və onların təxribatçı əməllərindən də danışıb. Əli Həsənov son 200 ildə Azərbaycan torpaqlarının ermənilər tərəfindən tədricən işğala məruz qaldığını bildirib: “Göyçə, Zəngəzur, 1988-1993-cü illərdə isə Qarabağ da daxil olmaqla, torpaqlarımızın 20 faizi işğal olunub. 200 il ərzində ermənilər tərəfindən işğal olunmuş torpaqların 1 kvadratmetri belə geri qaytarılmamışdı. Maraqlı bir məqamı ilk dəfə sizə açıqlayıram. 200 ildə zəbt olunan torpaqların bir qismi ilk dəfə 1993-cü ilin dekabrında Horadiz əməliyyatında ulu öndər Heydər Əliyev tərəfindən geri qaytarıldı. Füzuli rayonunun işğal altındakı bir çox kəndləri, minlərlə hektar torpaq, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. İlk dəfə Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması prosesi başladı. Bu prosesi Heydər Əliyev başlatdı, 2016-cı ilin aprel döyüşlərində Prezident İlham Əliyev bunu davam etdirdi, Lələ təpə, Talış yüksəkliyi azad edildi. Talış yüksəkliyi hesabına 10 min hektarlarla torpaq azad olundu. Lələ Təpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinin bərpasına şərait yarandı”.
O qeyd edib ki, vaxtilə ermənilər Ağdərənin bir neçə kəndinin adını dəyişmişdilər, o kəndlərin tarixi adları bərpa edildi: “Ermənilər həmişə deyirlər ki, 5-6 əsrdir ki, Dağlıq Qarabağda yaşayırlar, bunu bütün dünyaya yayırlar. Biz də ermənilərin yalan danışdıqlarını bildiririk. Keçən il Prezidentin tapşırığı ilə məşhur abidənin yeri tapıldı. Adının Marquşəvan qoyduqları Şıxarx kəndində abidənin yeri aşkarlandı. Hansı ki, Türkmənçay müqaviləsi əsasında İranın Marağa kəndindən ermənilər 1828-ci ildə həmin kəndə köçürülüblər. 1978-ci ildə həmin ermənilər Marağadan köçürülmələrinin 150 illiyini qeyd ediblər, Şıxarxda “Marağa-150” abidəsini ucaldıblar. 1988-ci ildə ermənilər o abidəni dağıdıblar. Ancaq dağıdılan abidənin bir hissəsi orada qalmışdı. Keçən il təsadüfən bu aşkarlandı və Prezidentə məruzə olundu. Prezident tapşırıq verdi ki, bu istiqamətdə ciddi iş görülsün, ora abadlaşdırılsın və ölkəyə gələn bütün xarici təşkilatlara göstərilsin. Prezidentin tapşırığı ilə mən Sankt-Peterburqa bir qrup göndərdim, keçmiş SSRİ-nin arxivi oradadır. Arxivdə fars dilində 200 səhifədən yuxarı Türkmənçay müqaviləsi tapıldı. Həmin müqaviləni Azərbaycan, rus və ingilis dilinə tərcümə etdik. Eyni zamanda çarın ermənilərin Marağadan Şıxarxa köçürülməsi ilə bağlı sərəncamlarını tapdıq. Çar bununla bağlı 5-6 sərəncam verib. Çarın Qriboyedova tapşırıqlarını, Qriboyedovun çara məruzələrini tapdıq. Çarın tapşırığı ilə o vaxt Maşko adlı rus rəssamı göndərilib, Marağadan Şıxarxa qədər köç prosesini təsvir edən portretləri çəkib. Həmin portretlərin surətini çıxardıq. Prezident bütün bunların hamısını Şıxarxda qurmağı tapşırdı. O abidənin ətrafını abadlaşdırdıq, stendlər qurduq. Və xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV, yerli medianın oraya səfəri təşkil olundu. Bütün diplomatlar bir daha canlı olaraq erməni yalanının şahidi oldular. Dedik ki, buyurun, ermənilər deyirlər ki, 5-6 əsrdir bu torpaqlarda yaşayırlar, ancaq bu abidəni ermənilər Qarabağa köçürülmələri ilə bağlı özləri ucaldıblar”.

“Ermənistan dağılır, bu ölkədə insan qalmayıb, qalanlar da silah zoru ilə saxlanılır”
Baş nazirin müavini Sankt-Peterburqda arxivdə çox məşhur bir erməni tarixçinin də yazısını tapdıqlarını deyib: “Həmin erməni tarixçi 1930-cu ildə yazır ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilərin Dağlıq Qarabağ ərazisinə heç bir aidiyyəti yoxdur. Həmin yazının da arxiv materialı kimi surətini çıxarmışdıq. Səfirlərə bu da nümayiş etdirildi. Ermənilər təlaş içərisindədirlər. 25 ildir yalan danışırlar, bu abidə ilə bir daha sübut olundu ki, onlar genetik xəstədirlər. Yalan danışmaq, başqasının torpağına göz dikmək ermənilərin genetik xəstəliyidir. Ulu öndərin dövründən başlayaraq, daha sonra isə Prezident İlham Əliyev tərəfindən işğal altındakı torpaqlar azad edilməkdədir. Heç bir şübhə yoxdur ki, Şuşaya, Xankəndinə getməyə az qalıb. Ermənistan dağılır, bu ölkədə insan qalmayıb, qalanlar da silah zoru ilə saxlanılır. Suriyadan erməniləri gətirib Dağlıq Qarabağa yerləşdirirlər, onlar da orada qalmayacaq, qaçıb gedəcəklər. Sarkisyan rejiminin öz xalqına verdiyi bunlardır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
15.05.2018
“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”
14.05.2018
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib”
10.05.2018
Hikmət Hacıyev: “Ermənistanın yeni baş naziri danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9284

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info