Əkrəm Naibov Zori Balayanla eyni missiyanı yerinə yetirir
Tarix: 21.05.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Anar MİRİYEV |

«Daş yuxular»da yazdıqlarının şahidi olub, gözlərinləmi görmüsən?

Yazdığı «Daş yuxular»la Ermənistanda Zori Balayan, Melkonyan kimi «qəhrəmanlarla» eyni səviyyəli qəhrəman kimi qəbul edilən Əkrəm Əylisli yenidən üzə çıxıb. Onun Azərbaycan dövlətinin və xalqının maraqlarına, tarixinə ciddi zərbə olan məlum «əsəri» Ermənistanda çap edilib və artıq işğalçı ölkədə rekord müəyyənləşdirməyə yaxındır. Erməni qardaşlarının bu jestinə çox sevinən Əkrəm Əylisli yenidən peyda olaraq saytlardan birinə müsahibə verib. Elə bu müsahibəsi göstərir ki, bu adam ən azı Əylisli soyadını daşımağa layiq deyil, elə ona görə erməni sevdalısına yaraşanı Naibov soyadıdır.
Cəmiyyət arasına çıxmaqdan utanmadığını dilə gətirən Əkrəm Naibov damarlarından erməni qanı axdığını, erməni qardaşlarına işləməkdən məmnun olduğunu bir daha təsdiqləyib. Bəlkə də düşünmək olardı ki, üstündən bir qədər zaman keçdikdən sonra səhvini başa düşər, utanar, ayılar, Azərbaycanın çörəyini yeyib, suyunu içən bir şəxs kimi səhv etdiyini başa düşər və sakitcə çəkilib bir küncdə əyləşər. Amma belə deyilmiş. İllərdir ürəyində saxladığı erməni sevgisini üzə vuran Əkrəm Naibov geri çəkilmək fikrində deyil və Azərbayan dövlətinin, xalqının maraqlarına qarşı mübarizə aparmaqda israrlıdır. Yazdığı «Daş yuxular»ın İrəvanda çapı və yayılması onu daha da ürəkləndirir. Onun erməni yandaşlığının, erməni sevgisinin bir sübutu da odur ki, bu şəxs adını yazıçı qoysa da, bir dəfə də olsun xalqımızın ağrı-acısından, Qarabağ dərdindən, Xocalı faciəsindən kəlmə də olsun qələmə almayıb. Bu xalqın nümayəndəsi olan yazıçı, şair, söz adamının borcudur ki, qələmindən istifadə edərək xalqımızın dərdini dilə gətirsin, həqiqətlərini dünyaya yaysın. Amma Əkrəm… Əslində o da edir, amma öz xalqının-sevgi, məhəbbət bəslədiyi erməni xalqının «dərdindən» yazır. O, özünü Azərbaycan yox, erməni xalqına mənsub hesab etdiyindən Bakıda otura-otura Balayanla eyni missiyaya xidmət edir. Elə buna görədir ki, Xocalı faciəsi ilə bağlı niyə əsər yazmamasını belə izah edir: «O, gələcəyin işidir. Məsələ burasındadır ki, mən öz gözümlə görmədiyimi yazan adamlardan deyiləm. O mövzunu məndən yaxşı bilən adamlar daha çoxdur». Daha buna nə deyəsən? Bir adamın içində erməniyə bu qədər sevgimi olar? Adama deyərlər, ay... məgər sən ötən əsrin əvvəlində baş verən hadisələrin şahidimi olmusan ki, «Daş yuxular»da ermənilərin başına gətirilən «müsibətlər»i yazırsan? Əylisdə, Bakıda ermənilərin öldürülməsini gözlərinlə görmüsənmi ki, qələmə alıb düşmən dəyirmanına su tökürsən? Yəqin, bunu sənə qan qardaşların nəql ediblər. Özün elə bu açıqlamanla təsdiqləyirsən ki, «Daş yuxular»ı yazmaqda əsas məqsədin ermənilərə xidmət etmək olub. Gözlərinlə gördüyün, şahidi olduğun hadisələrlə bağlı yazırsan, amma söhbət mövzusu qardaşların ermənilər olanda «prinsiplərindən» vaz keçib «şahidi olmadıqlarını» da qələmə alırsan. Bəs, ona sözün nədir ki, 20 Yanvar faciəsi baş verəndə Bakının mərkəzindəki evində yaşayırdın? Niyə həmin faciə ilə bağlı yazmırsan? Xocalı faciəsinin üzərindən sadəcə 21 il keçib və bütün faktlar ortadadır. Daha nəyin şahidi olmaq istəyirsən-erməni qardaşların günü bu gün də torpaqlarımızın 20 faizini işğalda saxlayır, Şuşanı, Laçını dağıdıb, Xocalını yerlə-yeksan edərək soyqırımı törədib, qoca, cavan, uşaq, yaşlı demədən yüzlərlə mülki insanı qətlə yetiriblər. Özü də sənin həmkarın Zori Balayanın şahidliyi ilə. İndi sən nəyin şahidi olmaq, nəyi gözlərinlə görmək istəyirsən? Sən demək istəmirsən, biz deyək-damarlarından axan erməni qanı, erməni xalqına olan sevgin imkan vermir ki, erməni qardaşlarının azərbaycanlıların başına gətirdiyi min bir müsibəti qələmə alasan. Daha niyə mus-mus deyirsən, elə birdəfəlik Ermənistan de, qurtarsın getsin.




 
Müəllifin son yazıları

28.10.2019 “Nə qədər mənim kimi evsiz jurnalist bu siyasət nəticəsində mənzillə təmin olundu“
01.07.2019 Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
18.09.2013 Cəmil Həsənli də rəhbəri Rüstəm kimi saxtakar çıxdı
21.08.2013 Ukrayna mətbuatı Azərbaycan müxalifətini şoka saldı
02.03.2013 E.Namazov üçün «politologiya» mənsub olduğu düşərgəyə xəyanət deməkdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info