Şamaxılı bərpaçı rəssamın 70 illiyi qeyd olunub
Tarix: 26.12.2017 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Rəssamlar İttifaqının üzvü, bərpaçı-rəssam Bəybala Qarayev Şamaxının mədəni həyatında fəal iştirak edir. O, 1974-cü ildə rayonda rəssamlıq emalatxanası yaradıb, 1977-ci ildə respublika səviyyəli xalça sərgisi təşkil edib. İlk dəfə olaraq rəssamlıq və rəqs dərnəkləri açıb.
Bərpaçı-rəssam ayrı-ayrı illərdə onlarla beynəlxalq baxış müsabiqəsinin qalibi olub, medal, diplom və fəxri fərmanlarla təltif edilib.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Şamaxı rayon Mədəniyyət Mərkəzində bərpaçı rəssam B.Qarayevin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 45 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, idarənin məsləhətçisi Rəfail Tağızadə və başqaları Bəybala Qarayevin həyat və fəaliyyəti barədə ətraflı danışıblar. Bildirilib ki, 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirdikdən sonra Şamaxı şəhərinin, küçə, meydan, park və bağların bədii tərtibatında öz əməyini əsirgəməyən sənətçi hazırda Şamaxı Tarix-Diyarşünaslıq muzeyində bərpaçı rəssam işləyir. Bərpaçı rəssam 1976-cı ildə Moskva şəhərində keçirilən “Xalq təsərrüfatı nailiyyətləri” sərgisində iştirak edib və diplomla mükafatlandırılıb. “Sovet Azərbaycanı 60 ildə” , “İnsan əməklə ucalır” ümumittifaq sərgilərində iştirak edib, fəxri fərmanla təltif olunub. Alman faşizmi üzərində tarixi qələbənin 30 və 40 illik yubileyləri münasibətilə keçirilən bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrində ümumittifaq təşkilat komitəsinin fəxri fərmanları ilə təltif edilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisində uğurlu iştirakına görə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı ilə təltif olunub.
Tədbirin sonunda bərpaçı rəssam B.Qarayev çıxış edərək əməyinə verilən yüksək qiymətə görə dövlətimizə, tədbirin təşkilatçılarına və sənət dostlarına minnətdarlığını bildirib.
Mədəniyyət Mərkəzində bərpaçı rəssamın əsərlərindən ibarət sərgi açılıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Əliqismət Lalayev “Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı
18.10.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib
18.10.2018
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
18.10.2018
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı hədiyyələr verilib
18.10.2018
“Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info