Azərbaycan Alpaqut Federasiyası ilin ən yaxşısı seçilib
Tarix: 26.12.2017 | Saat: 10:51:00 | E-mail | Çapa göndər
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində 2017-ci ilin idman yekunlarına görə, “Olimpnews.az” saytının ənənəvi sorğusuna əsasən qalib elan edilən şəxslərin mükafatlandırma mərasimi olub. Mükafatlandırma mərasimində Azərbaycan Alpaqut Federasiyası (AAF) qeyri-olimpiya idman növü üzrə “İlin ən yaxşı federasiyası” mükafatının qalibi seçilib. Mükafat və diplom AAF-ın prezidenti Aqil Acalova təqdim olunub. Qeyd edək ki, AAF yarandığı gündən hazırkı dövrə qədər Alpaqut döyüş sənətinə aid olan yarışlarla yanaşı, bir çox xeyriyyəçilik və sosial aksiyalar həyata reallaşdırıb. Belə ki, öncəki illərdə olduğu kimi, 2017-ci ildə də bu ənənə uğurla davam etdirilib, federasiya tərəfindən bir sıra mühüm tədbirlər planı həyata keçirilib. Federasiya il ərzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlə yanaşı, Respublika çempionatı, Azərbaycan Kuboku, Qarabağ şəhidlərinin, eləcə də xalq qəhrəmanı Soltan bəy Soltanovun və digər xalq qəhrəmanların xatirələrinə həsr olunmuş turnirlər, o cümlədən, mütəmadi şəkildə bölgələrdə Respublika seminarları keçirərək, ölkə idmanının inkişafına öz töhfələrini verib. Alpaqut Federasiyasının rəhbərliyi qarşıdan gələn 2018-ci ildə də uğurlu fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Almaniyalı voleybolçu “Azərreyl“dən getdi
16.01.2018
Şahmat üzrə superturnirin III turunda heç-heçə
15.01.2018
La Liqa klubunda yeni baş məşqçi
15.01.2018
“Qarabağ“ Afrikadan hücumçu alır
15.01.2018
Karateçilərimizdən daha bir uğur

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info