Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
Tarix: 26.12.2017 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Prezidentin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla  yekunlaşıb.
 
“Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Salyan rayonunun Quyçu kəndində açılış mərasimi keçirilib. Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də içməli su layihələrinin  həyata keçirildiyini bildirib. 
“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev ötən il Salyan şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verildiyini xatırladaraq hazırda şəhər şəbəkəsinin yenidən qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, respublikanın 28 rayonunun 170 yaşayış məntəqəsində su layihələrinin icrası yekunlaşıb və növbəti illərdə də bu layihələr davam etdiriləcək.
 
Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” prezidentin Sərəncamına uyğun olaraq Salyan rayonunda icra olunan layihələr 5 kəndi - Qırxçıraq, Seyidsadıxlı, Quyçu, Alçalı və Qızılağac kəndlərini əhatə edir.  Sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə mənbə olaraq Şirvan-Muğan qrup su kəməri seçilib. Su kəmərindən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 11 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 37 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Salyan rayonunun 5 kəndinin 5400 nəfər sakini faydalanıb.
 
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə başçısının sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində 271 min nəfər keyfiyyətli içməli su ilə təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info