Ağstafada avtomobil yolu və körpü istifadəyə verilib
Tarix: 26.12.2017 | Saat: 12:27:00 | E-mail | Çapa göndər


Ağstafa rayonunun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini Vurğun qəsəbəsi ilə əlaqələndirən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inşaat-mühəndis işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan sakinlərə dövlət qayğısı daim yüksək diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva mütəmadi olaraq cəbhə bölgəsində olur, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə baş çəkir, müvafiq obyektlərin açılış mərasimlərində iştirak edirlər. Cəbhə bölgəsində yaşayan sakinlər üçün yeni-yeni təhsil, səhiyyə ocaqları, körpələr evi-uşaq bağçaları inşa olunur, kommunal şəraitləri yaxşılaşdırılır, sakinlərin məşğulluğunun maksimum təmin etmək məqsədilə müvafiq tədbirlər görülür, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün lazımi şərait yaradılır.
Tədbirdə çıxış edən Tatlı kənd sakini Məmməd Məmmədov, Köhnəqışlaq kənd sakini Sehrəddin Hüseynov və digərləri qeyd ediblər ki, ölkə başçısının güclü dəstəyini və qayğısını daim hiss edir, onların sosial müdafiəsini gücləndirmək, həyat və güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirlər icra olunur. Sonda avtomobil yolunun açılışını ifadə edən rəmzi qırmızı lent kəsilib və yola baxış keçirilib.
Qeyd olunub ki, yolun eni 12 metrdir və 3-cü texniki dərəcəyə uyğun tikilib. Tikinti işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılıb. Yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Qeyd edək ki, ümumi uzunluğu 15,5 kilometr olan Ağstafa–Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları da istifadəyə verilib. Bildirilib ki, 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolları iki hərəkət zolaqlıdır və yollara 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib, müvafiq yol nişanları və məlumatverici lövhələr qoyulub, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağstafa rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 avtomobil körpüsünün tikinti işləri tam başa çatıb.
Bu münasibətlə Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən 34 metr uzunluğu olan körpünün istifadəyə verilməsi münasibətilə mərasim keçirilib. Açılış tədbirində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, inşaat-mühəndis işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, artıq istifadəyə verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz qaydada gediş-gəlişinə ən yüksək səviyyədə xidmət edir. Körpülərin inşaat işləri çərçivəsində, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülərək yenidən inşa olunub, Kür çayı üzərindəki körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq bərpa edilib.
Tədbirdə çıxış edən rayon ziyalıları İbrahim Əliyev və Camal Məmişov Ağstafanın yol-nəqliyyat infrastrukturunun kompleks şəkildə yenidən qurulmasına görə rayon əhalisi adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9434

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info