İstanbul..
Tarix: 26.12.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Zöhrə Əliyeva |

Sənin hər daşına, köyünə heyran,
Mənə ümid olan səsinə qurban,
Gözəlliyin oldu könlümdə dastan,
Oldumu görəsən, sən tək parlayan..
İstanbul,
Sehirli, gözəl İstanbul..

Nədir köksündəki bu od, həyacan,
Atəşlər ələyib, şəfəqlər saçan,
Qoynunda əbədi mələklər uçan..
Oldumu görəsən, eşqindən doyan..
İstanbul,
Qağayı nəğməli, gözəl İstanbul..

Nağıllar dolanır göy sularında,
Zəfərlər çalınıb dalğalarında,
Sultnlar iz salıb qayalarında..
Oldumu sənintək məğrur dayanan,
İstanbul,
Boğaza sevdalı, gözəl İstanbul..

Sənin taleyinə sevgi yazılıb,
Qoynunda tarixin şöhrəti qalıb,
"Düyanın cənnəti" sənə deyilib,
Yoxdur sənin kimi qürurlu mekan,
İstanbul,
Sevgi məbədimiz-- gözəl İstanbul..



Mənim doğma Türkiyəm..

Əzəldən qardaşın güvənc yerisən,
Ulu yaradanın şah əsərisən,
Sən ümid yerisən, inam yerisən,
Ulduzusan səmaların Türkiyəm.

Atatürk amalı bələdçin oldu,
Səmalarında süzən göyərçin oldu,
Sülh yolu amala getdiyin yoldu,
Sirdaşısan, mərhəmətin Türkiyəm.

Ərzurum yolları dumandı, çəndi,
Ağrıdağ yanında sipər çəkəndi,
Torpağın türklərə şəfa, məlhəmdi,
Qüdrətisən igidlərin Türkiyəm.

Qarsda var dağların sərin havası,
İğdırda qovuşur Türkün yuvası,
Doğmadır elinin köyü, obası,
Diyarısan, sultanların Türkiyəm.

Çırpınırdı Qara dəniz sinəndə,
Suları şeh salıb çöldə, çəməndə,
Şahinlər kök salıb, uca zirvəndə,
Vüqarlısan, cəsarətli Türkiyəm.

İstanbul sehrli, sirli nağıldır,
Qəlbləri coşduran, sirli aləmdir,
Əfsanə qucağı şirin noğuldur,
İstanbuldur dünya tacı Türkiyəm.

Antalya gözəldir, dünya gözəli,
Burdadır həyatın ilkin əzəli,
Suyuna bal qatıb türkün gözəli,
Cənnətisən mələklərin Türkiyəm.

Çanaqqala zəfərlərin səyfəsi,
Orda qalıb şəhidlərin and səsi,
Çanaqqala xilaskarlıq nəğməsi,
Sədasısan, zəfərlərin Türkiyəm.

Anadolu sevdi şirin dilini, 
Sevdirdi dünyada şirin dilini,
Şirin layla bildik, sənin səsini,
Nəğməsisən könüllərin Türkiyəm.

Açdı Eskişəhər öz qucağını,
Yandırdı şıraqtək elm ocağını,
Yaydı kainata xoş sorağını,
Hikmətisən biliklərin Türkiyəm.

Ankara könlümün sevgi nəğməsi,
Karabuk ömrümün sevinc səyfəsi,
Doğmadır ruhuma “Avaz”ın səsi,
Qanadımsan, baharımsan Türkiyəm.

İzmirdir Egegeyə şəfəqlər saçan,
Gecə ulduzları Efes də yatan,
Sevgi məbədi ilə ruhuma axan,
İlhamısan xəyaləmən Türkiyəm...

Göz oxşayan minarələr, qalalar,
Əzəmətli, möhtəşəmdir qayalar,
Tayın yoxdu, səndə olan harda var,
İşığısan sabahların Türkiyəm.

Müqəddəs bayrağa canını verdin,
Qardaşa, dostuna qanını verdin,
Sayğını, sevgini dünyaya yaydın,
Qürurusan milyonların Türkiyəm.

Tanrı qoruyacaq amallarını,
Nura boyayacaq saf yollarını,
Sevgin buruyubdu Türk ellərini,
Sevgisisən ürəyimin Türkiyəm.

Vəsf etdim tükənməz gözəlliyindən,
Doymadım füsünkar gözəl üzündən.
Cəngavər görkəmin sanki sehrdən
Şöhrətisən tarixlərin Türkiyəm.

Səni sevdim ürəyimlə, canımla,
Damarımda eyni axan qanımla,
Bilki qəlbim hər gün, hər an səninlə,
Dayağısan, sən yurdumun Türkiyəm,
Mənim gözəl, mənim doğma Türkiyəm




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info