İnam Kərimov: “ABAD”ın sıralarına 178 ailə qoşulub
Tarix: 26.12.2017 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


“ABAD” öz sıralarını genişləndirib, onun sıralarına 178 ailə qoşulub.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib.
Ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin bir il əvvəl Prezident İlham Əliyev tərəfindən təsis edildiyini xatırladan İnam Kərimov “ABAD”ı yeni bir sosial innovasiya layihəsi, “ASAN xidmət” kimi yeni bir davamlı inkişaf konsepsiyası adlandırıb.
“ABAD”ın qısa müddətdir yaranmasına baxmayaraq, beynəlxalq təşkilatlar, qurumlar tərəfindən çox böyük maraqla qarşılandığını söyləyən İ.Kərimov xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqı bu layihəyə dəstək göstərir, “ABAD”ın inkişafı ilə bağlı maliyyə yardımı üzrə saziş imzalanıb. “Bu onu göstərir ki, bu yeni bir brenddir, Azərbaycan məhsuludur”, - deyə İ.Kərimov söyləyib.
““ABAD”ın bir model kimi digər ölkələrə də tətbiqi barədə düşünmək olar. Cəmisi bir il keçməsinə baxmayaraq o, öz sıralarını genişləndirib, 178 ailə “ABAD”a qoşulub. “ABAD” iki sahə üzrə fəaliyyət göstərir: kənd təsərrüfatı, kiçik ailə bizneslərinə dəstək, xüsusilə də ucqar kəndlərdə yaşayan ailələrə dəstək, həmçinin sənətkarlara dəstək. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, “ABAD” publik şəxs sahibkarlara, ailələrə onların biznes ideyalarının formalaşmasında, sertifikatların əldə olunmasına, daşınmada və ən əsası da satışda yardım edir”, - deyə İ.Kərimov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info