Müxalifət 2017-ci ili də uğursuz başa vurdu
Tarix: 26.12.2017 | Saat: 14:36:00 | E-mail | Çapa göndər
Tahir Kərimli: “Müxalifət liderləri siyasi fəaliyyətlərində səmimi deyillər, əksinə, bir-birilərinə nifrət edirlər”

Yola saldığımız il Azərbaycanın ictimai-siyasi həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı.   Baş verən istənilən müsbət hadisələrdən hər zaman narazı qalan müxalifətçilər isə ölkəmizin son bir ildə qazandığı uğurları da mənfi hal kimi dəyərləndirirlər. Bəs maraqlıdır, ortaya heç bir fərqli proqram qoya bilməyən radikal müxalifət ldierləri yola saldığımız ili hansı siyasi fəaliyyət, uğurlu hadisələrlə başa vurdular? Ortaya alternativ fikir qoya bilməyənlər və ya daim öz maraqlarını xalqın maraqlarından üstün tutanlar 2017-ci ildə əvvəlki illərdən fərqli nələrisə etməyə can atdılarmı? Prosesləri və müxalifətin fəaliyyətini araşdırdıqda görürük ki, onlar 2017-ci ili də əvvəlki illərdəki kimi uğursuz şəkildə başa vurdular, heç nə ilə yadda qalmayan müxlifət liderləri yalnız siyasi imitasiya ilə məşğul oldular. Azərbaycanda sosial dayağını tapa bilməyən bu partiyaları, xüsusən də radikal müxalifəti heç kütlə də yaxına buraxmadı.
Ümumiyyətlə, müxalifdə təmsil olunan siyasətçilər uzun illər eyni səngərdə qalmalı deyillər, onlar daha çox manevr etməyi, fikir və mövqe dəyişməyi, inkişaf etdirməyi bacarmalıdırlar. Müxalif düşərgədə təmsil olunan əksər siyasətçilər isə deyilənlərin əksinə hərəkət edirlər. 90-cı illərdən siyasi fəaliyyətlə məşğul olan və özündən başqa partiyasında lider görməyən, gəncləri irəli çəkməyən, sosial bazasını formalaşdırmağı belə, bacarmayan müxalifət liderləri özləri də gözəl anlayırlar ki, bu il də nəinki ortaya fərqli siyasət qoymadılar, hətta təşkil etdikləri bir sıra siyasi tədbirlərdə fiaskoya uğradılar. Seçkidən- seçkiyə ortaya çıxaraq canfəşanlıq göstərən müxalifətin “milli şura” adlı birliyi isə əslində siyasət bazarından başqa bir şey deyil. Burada alan da bəllidir, satan da! Bu gün bu qurumda təmsil olunan partiyaların, siyasətçilərin əslində məqsəd və məramları gün kimi aydındır. Onlar xaricdən dayaq, dəstək almaq, maliyyə yardımı ilə fəaliyyət göstərmək üçün özlərini gözə soxmağa çalışırlar. Yola saldığımız ildə də bu, belə oldu. Düzdür, ötən il ölkə həyatında seçki ilə bağlı heç bir hadisə baş vermədi. Amma radikal müxalifət partiyaları bir neçə uğursuz etiraz aksiyası təşkil etməklə özlərini ifşa etdilər- kütlənin onların arxasınca getməkdə maraqlı olmadığını göstərdilər, Azərbaycanda, onların dediyi kimi narazı təbəqənin olmadığını bir daha gördülər.
2017-ci ildə müxalifət üçün digər maraqlı məqam isə o oldu ki, əvvəllər çayxanalarda toplaşan müxalifət fəalları artıq taktikalarını dəyişiblər. Onlar sosial şəbəkələrdə müxtəlif adlarla profillər açaraq insanlar arasında yalandan təbliğat aparmağa, dezinformasiyalar yaymağa çalışırdılar. Bu da azmış kimi, həmin müxalifətçilər liderlərinin yazdığı statuslara ixtiyarlarında olan beş-on yalançı profillərlə daxil olaraq mədhiyyələr yağdırırdılar. Yola saldığımız ildə bu cür hadisələrin daha çox şahidi olduq, nəinki hansısa uğurlu siyasi fəaliyyət ola... Ümumiyyətlə, müxalifət 2017-ci ildə siyasi taktikanı da bir qədər dəyişdi. Əvvəlki illərdə Qərbdəki bəzi dairələrdən aldıqları tapşırıqlara uyğun olaraq İslamı, İslam ölkəsi olan bir sıra dövlətləri daim aşağılayıb “bizə Qərbdən nicat var” deməklə bağıran müxalifət liderləri yola saldığımız ildə keçirdikləri aksiyalarda radikal dindarların tərəfində olduqlarını göstərdilər. Əlbəttə ki, bu, onlara öz siyasi maraqları üçün lazım idi.

“Bu gün müxalifət partiyaları içərisində hansısa bir özəlliyi, siyasi savadı, bacarığı və ortaya alternativ fikir qoymaqda maraqlı olması ilə seçilən bir siyasətçi yoxdur. Bunu heç onların indiki liderləri də istəmirlər və öz aralarından savadlı gənclərin yetişməsində maraqlı deyillər. Bu baxımdan da yola saldığımız il əvvəlki illərdə olduğu kimi müxalifətin uğursuzluğu ilə yadda qaldı”.


Görünür meydana adam toplaya bilməyən müxalifət liderləri özlərini radikal dindarların hüquqlarını qoruyan kimi təqdim etməklə bu boşluğu doldurmağa çalışırdılar. Ümumilikdə isə yola saldığımız ildə müxalifətin mitinqlərə istədikləri qədər adam toplaya bilməməsinə bir neçə faktor təsir etmişdi. Xalq artıq bu siyasətbazların yalançı, əqidəsiz və siyasi alverlə məşğul olan bir qrup olduğunun şahidi olub. Ölkədə narazı kütlə çox azdır ki, onlar da belə müxalifət liderlərinin çağırışlarına cavab vermədilər. Millət vəkili Tahir Kərimli deyir ki, ölkədəki siyasi vəziyyət uzun illərdir stabildir və xalq da hazırkı iqtidarın yürütdüyü siyasəti dəstəkləyir. Bu səbəbdən də ortaya alternativ uğurlu siyasi konsepsiyalar, fəaliyyətlər qoya bilməyən müxalifət liderləri indiki halda var olduqlarını sübut eləmək üçün mitinqlər keçirməyə məhkumdurlar. Onların fəaliyyəti bundan artıq olmayacaq: “Ümumiyyətlə, indiki situasiya 90-cı illər və XXI əsrin əvvəllərindəkindən xeyli fərqlidir. Hazırkı müxalifət liderlərinə baxdıqda görürük ki, bu adamlar onu- bunu antidemokrat olmaqda suçlayırlar, amma özləri uzun illərdir ki, müxalifətdə rəhbər şəxslər kimi qalırlar. Qəribə bir təzaddır. Niyə? Çünki bu adamlar siyasi fəaliyyətlərində səmimi deyillər. Onların doxsanıncı illərdəki fəaliyyəti də mənə gözəl bəllidir. İndiki halda isə hərdən etiraz aksiyaları təşkil etməklə guya mütəşəkkil olduqlarını göstərmək istəyirlər. Əslində isə onlar öz aralarında belə, bir-birlərinə nifrət edirlər, zaman-zaman da şahidi oluruq ki, müxalifət liderləri atmacalarla yola getmədiklərini göstərirlər.
Yola saldığımız il müxalifət üçün əvvəlki illərdən fərqli heç nə ilə yadda qalmadı. 2017-ci ildə müxalifət üçün yaddaqalan bircə xaricdən aldıqları sifarişlər əsasında keçirdikləri bir neçə mitinqlər oldu ki, bununla da sosial bazalarının olmadığını bir daha gördülər. Yəni özlərini ifşa etdilər ki, icazəli mitinq keçirtsələr belə, adi stadionu doldurmaq iqtidarında deyildilər... Hətta sosial şəbəkələrin verdiyi imkanlardan sağa-sola istifadə etməklə nə qədər təbliğatlar aparsalar belə, xalqın onların ardınca getmədiyinin şahidi oldular. Xalq gözəl görür ki, onun maraqlarını hansı qüvvələr təmin edir. İqtidarın xalqla bir olduğunu görən kütlə heç vaxt 90-cı illərin uğursuz siyasətçilərinin ardınca getməz. Bunun üçün heç əsas da yoxdur. Qısa bir xatırlatma edim ki, bu günlərdə xarici bir təşkilatın rəy sorğusuna əsasən Azərbaycanda 80 faizdən çox insan gələcəyə nikbin baxdığını göstərdi, böyük əksəriyyət isə hakimiyyətə güvəndiyini nümayiş etdirdi. Bütün bunlar nədən xəbər verir? Bu o deməkdir ki, ölkənin gələcəyi etibarlı əllərdədir və xalq da bundan sonra iqtidarın yanında olacaq, nəinki xaos yaratmaqla yadda qalan müxalifət qüvvələri ola”.
Millət vəkili deyir ki, mitinqlər əslində müxalifət liderlərini özünü məhv olmaqdan qorumaq üçün atılan addımdır. Amma burada belə, bir yerə yığılan beş on müxalifət lideri birliklərində səmimi deyillər: “Bu adamlar heç öz aralarında vahid namizədin formalaşdırması kimi vacib məsələ ilə bağlı razılığa gələ bilmirlər. Belə olan təqdirdə, ili uğurlu başa vurmaqdan necə danışmaq olar axı? Siyasi səbatsızlıq onların alnına yazılıb. Qısası, bu gün müxalifət partiyaları içərisində hansısa bir özəlliyi, siyasi savadı, bacarığı və ortaya alternativ fikir qoymaqda maraqlı olması ilə seçilən bir siyasətçi yoxdur.Bunu heç onların indiki liderləri də istəmirlər və öz aralarından savadlı gənclərin yetişməsində maraqlı deyillər. Bu baxımdan da yola saldığımız il əvvəlki illərdə olduğu kimi müxalifətin uğursuzluğu ilə yadda qaldı”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün görüşəcəklər
17.01.2018
“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
17.01.2018
Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir
17.01.2018
Prezident “Azərişıq”ın bir neçə obyektinin açılışını edib
17.01.2018
Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini təqdim edib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8196

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


18.01 08:45
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info