Balıq uşağın qida rasionunun təməli olmalıdır
Tarix: 26.12.2017 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Pensilvaniya Universitetinin professoru Adrian Reyn uşaqların qida rasionuna balığın daxil edilməsini təkidlə tövsiyə edir. Onun tədqiqatları göstərib ki, ən az həftədə bir dəfə balıq yeyən uşaqlar daha yüksək intellekt koeffisientinə malik olur. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 4,8 bal yüksəkdir. Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanır və gün ərzində daha az yorulur. Bu uşaqları yatırmaq da asandır.
Milli.Az bildirir ki, əvvəllər aparılmış tədqiqatlar göstərib ki, balıq boy artımı və əsəb hüceyrələrinin inkişafı baxımından Omeqa-3 yağ turşularının qiymətli mənbəyidir. Bundan başqa, bu yağlar koqnitiv göstəricilərə də müsbət təsir göstərir və yuxunu nizamlayan melatoninin yaranmasında iştirak edir.
Bildirilir ki, son tədqiqatlar çərçivəsində 12 yaşadək 541 uşaq bu kontekstdə təhlil edilib.
Bununla yanaşı, 9-11 yaşlar arasında uşaqlarda da balıq istehlakının nəticələri araşdırılıb. Əsasən, yuxunun keyfiyyəti, riyazi testlər, söz ehtiyatı və informasiyanın qavranılması vasitəsilə intellekt koeffisienti müəyyən edilib. Yekun birmənalı olub: tez-tez balıq yemək intellekt koeffisientinin artması və yuxu problemlərinin azalması ilə müşayiət olunub.
Beləliklə, əgər həftədə ən az bir dəfə balıq yemək intellekt koeffisientinə 4,8 bal gətirirsə, ayda 2-3 dəfə balıq yemək bu göstəriciyə 3,31 bal əlavə edir. Mütəxəssislər məsləhət görür ki, balığı uşaqların qida rasionuna daha erkən əlavə edəsiniz. Əgər balıq sümüksüzsə, onu 10 aylıq uşağa da vermək olar. İki yaşında uşağın qida rasionunda isə balıq mütləq daimi olmalıdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10271

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info