Naxçıvan Dövlət Universitetində AESOP layihəsi uğurla həyata keçirilir
Tarix: 26.12.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər
Naxçıvan Dövlət Universitetində akademik ombudsmanın təyinatına həsr olunmuş yığıncaq keçirilib. Ali təhsil ocağının beynəlxalq layihələrdə iştirakından söz açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov AESOP (Advocacy Establishment for Students through Ombudsman Position)- “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsindən söz açıb. Rektor universitetdə ombudsman vəzifəsinin yaradılmasının Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addım olduğunu deyib. Universitetin akademik ombudsman vəzifəsinə Ceyran Quliyevanın namizədliyi irəli sürülüb. Səs çoxluğu ilə Ceyran Quliyeva universitetin akademik ombudsman vəzifəsinə təyin olunub. Layihə barədə məlumat verən Xarici tələbələrlə iş üzrə dekan, Universitetin AESOP layihəsi üzrə işçi qrupunun üzvü, dosent Ceyran Quliyeva qeyd edib ki, layihə çərçivəsində universitet əməkdaşları üç ölkədə - Polşa, Portuqaliya və İtaliya universitetlərində olaraq orada fəaliyyət göstərən Ombudsman ofisləri ilə, onların iş fəaliyyəti ilə, ombudsman vəzifəsini yerinə yetirən nümayəndələrlə tanış olublar. Həmçinin tədbir iştirakçılarına akademik ombudsmanın səlahiyyətləri haqda da məlumat verilib. Məlumat üçün qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsinə Erasmus+ proqramı çərçivəsində 2016-cı ildən start verilib. Layihədə ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl universitet və Şərqi tərəşdaşlıq ölkələrindən Gürcüstan üzrə 3, Ukraynadan 2 universitet təmsil olunub. Partnyor ölkələr qismində isə hər birindən bir təşkilat olmaqla Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya çıxış edir. 3 il davam edəcək layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanması və onların təhsillərini uğurla başa çatdırılmasının dəstəklənməsini nəzərdə tutulur.

Nərmin Cabbarova NDU Mətbuat Şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Qəbələdə işaxtaran 452 nəfər işlə təmin edilib
19.01.2018
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
18.01.2018
Səbaildə ərazi nümayəndəliyi hesabat verib
18.01.2018
Naxçıvanda daxili işlər orqanlarında xidmət ən müasir tələblər səviyyəsində qurulub
17.01.2018
Zaqatalada yeni yeraltı piyada keçidi inşa edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


19.01 15:17
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info