“Nokia 9” smartfonunun videosu dərc edilib
Tarix: 26.12.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər
"YouTube" video platformasının "Nokiapoweruser" kanalında qabaqcıl "Nokia 9" smartfonunun və onun üçün iki çexolun videosu dərc olunub.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, aksessuarlara görə, smartfon vertikal şəkildə yerləşən qoşa kamera ilə təchiz ediləcək, onların altında isə barmaq izi skaneri quraşdırılacaq. Aşağı yan paneldə "USB-С" çıxışı və mikrofon yer alacaq.
Bundan əvvəl verilən məlumata görə, "Nokia 9" smartfonu səkkiznüvəli "Qualcomm Snapdragon 835" prosessoru, "LG" şirkətinin istehsalı olan 5,5 düym diaqonallı "OLED" ekran, "Samsung" şirkətinin "UFS 2.1" formatlı 128 giqabayt tutumlu quraşdırılmış yaddaş, 3 250 milliamper/saat tutumlu akkumulyator, 5 meqapikselli ön kamera, 13 və 13 meqapikselli sensorlardan ibarət qoşa əsas kamera ilə təchiz ediləcək. Smartfonun "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir. Smartfon TA-1005 nömrəsi ilə qeydiyyatdan keçib.
Hazırda "Nokia 9" smartfonunun təqdimat tarixinin naməlum olmasına baxmayaraq onun növbəti ilin əvvəlində "CES 2018" və ya "MWC 2018" sərgilərində nümayişi gözlənilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“WhatsApp”dan istifadəyə görə yaş məhdudiyyəti tətbiq edilir
25.04.2018
Yumurtanın orqanizmə müsbət təsiri var
25.04.2018
Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub
24.04.2018
17 metr hündürlüyündə qar divarlar arasında marşrut açılıb
24.04.2018
Messinin illik gəliri 126 milyondur

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info