«Jamanak»:”2018-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi daha da artacaq”
Tarix: 26.12.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


«1in.am»:”Ermənistan bazarları yas mərasimini xatırladır”

Hər şeydən əvvəl qeyd edək ki, erməni iqtisadçı Baqrat Asatryan 2018-ci ilin Ermənistan dövləti üçün çətin olacağını
proqnozlaşdırır.

Bu barədə Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri «Jamanak» qəzetinin əməkdaşına verdiyi açıqlamada bildirib: «Hökumət təqaüdlərin və büdcədən maliyyələşən dövlət işçilərinin heç olmasa əhəmiyyətli bir hissəsinin əməkhaqlarının artırılmasını nəzərdə tutmadığı halda, son qiymət artımı və gözlənilən inflyasiya şəraitində belə, hakimiyyət ünvanlı sosial siyasət mexanizmindən yararlanıb lazımi addımlar atmır. Buna görə də, bu vəziyyət yaxın aylarda ölkədə yoxsulluq səviyyəsinin daha 2-3 pillə artmasına səbəb olacaq.
2018-ci il üçün büdcənin təsdiqi zamanı hakimiyyət belə bir bəyanat verməli və cəmiyyətə kəmərlərini daha möhkəm sıxmağı təklif etməliydi».
Onun sözlərinə görə, ölkədə artımın əsas şərtləri sistemli islahatlardır ki, bunun da həyata keçirilməsi hakimiyyətin siyasi iradəsi olaraq qalır. Erməni iqtisadçı islahatların inkişafın təminatı olmadığını qeyd etməklə yanaşı, effektiv bir iqtisadi siyasətsiz inkişafın mümkünsüzlüyünü bildirir: «Hazırda Ermənistan üçün yaranan başlıca problem ötən ilin xarici müsbət təsirinin eyni həcmdə davam etməməsidir. Yeganə ümid, artıq Ermənistanın geriyə hər hansı bir yolunun olmamasıdır. Ölkə artıq istehsalın bütün resurslarını sərf edib. Hələ də ölkə iqtisadiyyatı xarici amillərdən , böyük ölçüdə özəl pul köçürmələrindən asılıdır. Belə ki, Ermənistana göndərilən pul köçürmələri dərhal idxalın, ticarət və xidmət həcminin artmasına səbəb olur. Nəticədə isə iqtisadi fəaliyyət artır. Buna görə də biz, bunu ölkə iqtisadiyyatının inkişafı kimi qələmə verə bilmərik».
Təbii ki, erməni iqtisadçının dedikləri erməni reallığıdır. Bunu elə, ermənilərin «1in.am» saytında yer alan başqa bir yazı da çılpaqlığı ilə ortaya qouur. Yazıda deyilir ki, bu gün Yeni ilin gəlişi ilə bağlı Ermənistan bazarlarında heç bir bayram əhval- ruhiyyəsi duyulmur: «Bu günlərdə bazar yas mərasimini xatırladır»-deyə bildirən satıcı əlavə edir ki, artıq neçə gündür bazara gətirilən 1-2 milyon dramlıq malın çox cüzi bir hissəsini satıb. Satıcının sözlərinə görə, satdıqları mal o qədər baha olsmasa da, bir çox alıcının cibinə münasib deyil: «Biz 500-dən 1500 dram arası qiymətində alma, 1000-2000 drama armud, 800 drama nar satsaq da, heç kəs bazara gəlmir. Sadə xalqın əlində pul yoxdursa, o necə bazara gələ bilər. Nadir müştərilər var ki. onların da əksəriyyəti qiymətin bahalığından şikayətlənirlər».
«Mən 30 min dram pensiya alıram. Bu gün bazarda kiloqramı 2.5 min drama satılan ət və ya pomidor ala bilərəmmi? Əlbəttə ala bilmərəm. Belə olan halda, hansı əsasla gözəl bir Yeni il masası haqqında danışa bilərik. Ona görə də, mən Yeni il üçün minimum zəruri olanı almaq məcburiyyətindəyəm». Bunlar isə erməni təqaüdçünün sözləridir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9434

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info