Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çapdan çıxıb
Tarix: 26.12.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “İqbalnamə’” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orijinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov, Boqicon Toxliyevdir.
Ön sözdə professor Şuxrat Siracəddinov Azərbaycan-Özbək ədəbi əlaqələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirmiş, Nizaminin təsiri ilə nəinki Özbək ədəbiyyatının, bütün Şərq ədəbiyyatının inkişafa nail olduğunu və zənginləşdiyini qeyd edir. O, vurğulayır ki, İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmiş, Şərqdə yazılmış  Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yaradılmış əsərlər sırasındadır.
Kitabın tərcüməçisi, Özbəkistanın xalq şairi Camal Kamal girişdə qeyd edir ki, “İqbalnamə” dahi şairin beşinci əsəri “İskəndərnamə”nin ikinci kitabı, Nizami yaradıcılığının dürdənəsidir.
Əsərdə hökmdar İskəndərin filosoflarla söhbəti, onun səyahətləri, İsgəndərin peyğəmbərlik səfərinə çıxması, qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr və təbiət səhnələri təqdim edilir, habelə İsgəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin öz ölümü təsvir edilir.
Kitabın 2018-ci ilin əvvəllərində Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində və Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.
Nizami irsinin dünyada tanıdılması və geniş təbliğ etmək məqsədi ilə 2015-ci ildən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi geniş layihəyə - Nizami Gəncəvinin bütün əsərlərinin özbək dilinə tərcüməsi layihəsi işinə start verib. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın xalq şairi Camal Kamal arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcümə edilməsi barədə müqavilə imzalanıb.
Artıq şair, tərcüməçi Camal Kamal Nizami Gəncəvinin üç əsərini “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərini özbək dilinə tərcümə edilib və sözügedən əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib.
Hazırda şair, tərcüməçi Nizami Gəncəvinin “Şərəfnamə” əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir. Gələcəkdə “Xosrov və Şirin”, “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər dəfə Daşkənddə çap olunan Nizami Gəncəvinin kitablarının üz qabığında şairin əsərlərindən ibarət miniatürlər və dahi şairin Azərbaycanda, dünyada mövcud heykəllərinin şəkli verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Arif Mirzəyev Almaniyada konsert proqramı ilə çıxış edəcək
20.07.2018
“Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət“ adlı kitab nəşr olunub
19.07.2018
Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018
“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
19.07.2018
Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9683

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info