Geosiyasi dəyişiklik: köhnə və yeni qitənin maraqları ayrılır
Tarix: 26.12.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi amerikalı hərbçilərin Əfqanıstandakı cinayətlərini araşdırmağa başladığını elan edib
Son vaxtlar Avropa ilə ABŞ arasında müəyyən soyuqluq yarandığı müşahidə edilir. Donald Trapmın hakimiyyətə gəlməsindən sonra Ağ Evin həyata keçirdiyi siyasət Avropanı narazı salıb. NATO-dan kənar müdafiə qüvvələrinin yaradılması ilə bağlı addımlar, Qüds məsələsinə görə BMT-də keçirilən səsvermənin nəticələri geosiyasi dəyişiklikdən xəbər verir: köhnə və yeni qitənin maraqları ayrılmağı başlayıb. Artıq Avropa Vaşinqtona qarşı daha sərt mövqe qoymağa başlayıb. Buna nə qədər nail olunacağı sual latındadır. Amma hər halda müəyyən addımların atıldığı ortadadır. Beynəlxalq Cinayət Məhkəməsinin amerikalı hərbçilərin Əfqanıstandakı cinayətlərini araşdırmağa başlamasını növbəti addım kimi qəbul edə bilərik. Məhkəmə Britaniya ordusunun İraqdakı əməllərini araşdırılmasını da bərpa edib. Burada bir məqam var ki, Birləşmiş Krallıq Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin tanısa da, ABŞ tanımır. Bu araşdırmanın Avropa İttifaqının məlumatı və razılığı olmadan başlamasına kimsə inanmaz. Məhkəmənin saytında yerləşdirilən məlumatda qeyd edilir ki, 2003-cü ilin mayından etibarın Əfqanıstanda insanlıq əleyhinə törədilən cinayətlərin ilkin araşdırılmasına başlanılıb. İstintaqın başlmasına əsas kimi prokuror Fatu Bensudanın hazırladığı hesabat götürülüb. Həmin sənəddə deyilir ki, “Taliban”, yerli hakimiyyət və ölkədə olan xarici hərbçilər, əsasən də ABŞ ordusunun və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları 11 il ərzində Əfqanıstanda mülki əhaliyə qarşı kütləvi cinayətlər törədiblər. Hesabatda vurğulanır ki, ABŞ əsgərləri 2003-cü ilin 1 mayından 2014-cü ilin dekabrına qədər Əfqanıstanda mülki şəxslərə qarşı kütləvi cinayətlər törədib, şəxsiyyətin alçaldılması və qanunsuz həbslər həyata keçiriblər. Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstan, Polşa, Rumıniya və Litvada gizli həbsxanalar yaratdığı və orada zorakılıq tətbiq etdiyi qeyd edilib. Prokuror qeyd edib ki, dinc əfqanların qətlə yetirilməsinin şahidləri var. Həmin sənədə qeyd edilir ki, bütün qurbanlar onlara müraciət edə bilərlər. Beynəlxalq Cinayət Məhkəməsi Britaniya əsgərlərinin İraqdakı cinayətləri ilə bağlı araşdırmanı da bərpa edib. Bu məsələ 2006-cı ildə bağlanmışdı. Prokuror bildirib ki, həmin vaxt onlarda 20 fakt olduğu halda, ondan sonra kütləvi müraciətlər olub və artıq 3400 fakt toplanıb. “RİA Novosti” xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi Roma hüququ çərçivəsində 1998-ci ildə yaradılıb soyqırımı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətləri araşdırmaqla məşğuldur. ABŞ, Çin və Rusiya məhkəməni tanımır. Onlardan fərqli olaraq Britaniya Roma hüququna 2001-ci ildə imza atıb və məhkəməni tanıyır. ABŞ dövlət başçısı Bill Klinton 2000-ci ildə sənədi imzalasa da iki il sonra bundan imtina edilib. Kiçik Corc Buş bəyan etdi ki, həmin məhkəmənin fəaliyyəti ölkənin milli maraqlarına uyğun deyil və onlarla əməkdaşlığa birdəfəlik son qoyuldu. 11 sentyabr terrorundan sonra Buş terrorizmə qarşı mübarizədə, dindirilmə prosesində “genişləndirilmiş metodlardan” istifadəyə icazə verdi. Amma Obama bu praktikanı qadağan etdi. Tramp isə seçki kampaniyası zamanı bildirmişdi ki, Obamanın bu qadağasını aradan qaldırmaq lazımdır. Çünki bu qadağa ABŞ-ın terrorizmə qarşı mübarizədə mövqeyini zəiflədir. ABŞ-ın məhkəməni tanımamasına baxmayaraq artıq ilkin araşdırma başlayıb. Beynəlxalq hüquq üzrə ekspert Aleksandr Qluşenko hesab edir ki, ilkin araşdırma məhkəmə prosesinə qədər uzanarsa, onda prosesin perspektivi qeyri-müəyyən görünür: “Ölkə həmin məhkəməni tanımırsa, deməli hərbçisini də onlara verməyəcək. Burada problem o zaman yarana bilər ki, məhkəməni qərar verdiyi şəxs həmin məhkəməni tanıyan ölkələrin ərazisinə gedərkən, orada həbs oluna bilər. Bu isə böyük diplomatik qalmaqal yarada bilər”. Ekspert Fedor Lukyanov hesab edir ki, belə araşdırma ancaq böyük səs-küy yarada bilər: “Hər şey ortaya qoyulacaq faktlardan asılı olacaq. Əgər, Əbu-Qryeb həbsxanasında olduğu kimi, ortaya vizual görüntü və fotolar qoyulsa, bu, dünya ictimaiyyətində ciddi narazılıq yarada bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
İstanbulda beynəlxalq uşaq geyimi sərgisi açılıb
17.07.2018
Havay adalarında 5.3 bal gücündə zəlzələ olub
17.07.2018
Tramp: “İranla nüvə sazişinin qorunması ABŞ-ı qane etmir”
17.07.2018
Tramp Putinə Aleksandr Oveçkinin maykasını hədiyyə edib
17.07.2018
Vaşinqtonda casusluqda şübhəli bilinən rusiyalı qadın saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9639

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 “Babamızın şeirlərinə sahib çıxanlar var”
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info