Moskvada tələbələr arasında intellektual oyun keçirilib
Tarix: 26.12.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Ali Məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Rusiya İntellektual Oyunlar Assosiasiyasının dəstəyi ilə təşkil olunmuş və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə Rusiya ali məktəblərinin tələbələrindən ibarət 16 komanda iştirak edib. RAGB İdarə heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın tədbir iştirakçılarına təbrikini və ən xoş arzularını çatdırıb. E.Hacıyev deyib: “Bu cür turnirlər bizim gənclər arasında çox populyardır. Bu, həmin gənclərin intellektual baxımdan inkişafına və komanda şəklində işləmək bacarığına dəlalət edir. Gələcəkdə biz RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi ilə çoxlu belə turnirlər keçirməyi planlaşdırırıq. Sevindirici haldır ki, bu gün müxtəlif beynəlxalq intellektual turnirlərdə bizim təşkilatı təmsil etmək üçün layiqli komandalarımız var”. Oyunda Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan klubunun komandası qalib gəlib. Turnirin üç ən yaxşı oyunçusu adına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan klubu komandasının iştirakçısı Viktoriya Kalyadina, MDLU-nun Azərbaycan klubu komandasının oyunçusu Aleksandra Şemelinina və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin komandasının nümayəndəsi Leyla Carçıyeva layiq görülüb. “Qələbə əzminə görə” nominasiyasında İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Dr. Brain” komandası qalib gəlib. “Avisenna” komandasının lideri Bəyaz Gözəlzadə ən yaxşı kapitan hesab edilib. Qaliblərə sertifikatlar və xatirə suvenirləri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Ukraynada ATƏT müşahidə missiyasının üzvü ölüb
18.01.2018
Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilə bilər
18.01.2018
Erməni deputat: “Ermənistanda hökumət ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil”
18.01.2018
“Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər“
18.01.2018
Erməni hərbçilər qəza törədiblər-2 ölü

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


19.01 15:17
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info