UNEC sahibkarlıq universitetinə çevrilmə yolunda
Tarix: 26.12.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


UNEC-də innovativ sahibkarlığın inkişafı ilə bağlı tələbələrlə görüş keçirilib. UNEC-in sahibkar universitet modelini inkişaf etdirməyi hədəflədiyini diqqətə çatdıran rektor, professor Ədalət Muradov bu istiqamətində həyata keçirilən layihələrdən söz açıb. O, UNEC-in iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa başladığını bildirərək, “UNEC2B” Platformasının mahiyyətindən bəhs edib. Sahibkarlıq universiteti modelinin inkişafında mühüm rol oynayan insan kapitalına diqqət çəkən rektor, bu sahədə UNEC-in tələbələrinin yüksək potensiala malik olduğunu vurğulayıb. Ə.Muradov UNEC-in sahibkarlıq modelinə əsasən innovativ sahibkarlığın əsasını tələbə startaplarının təşkil edəcəyini diqqətə çatdırıb. UNEC Biznes Məktəbinin direktoru Asəf Əsədov “UNEC-də innovativ sahibkarlığın inkişafı: İnnovativ startaplar Ekosistemi” mövzusunda təqdimatla çıxış edib. O, tələbələrə startapda uğur qazanmaq üçün ən vacib üç faktoru açıqlayıb: “İnnovativ ideyanın dəyəri, onun əvvəlcədən prototipə, sonradan isə müştərini cəlb edən kommersiya məhsuluna çevrilməsi və üzvlərinin biri-birini bilik və bacarıqları ilə tamamlayan dayanaqlı komandanın yaradılması”. A.Əsgərov UNEC-də yeni yaradılacaq startapların radikal innovasiyalar üzərində çalışmasını və bunun üçün uzunmüddətli strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb. Startaplar üçün ən vacib anlayaşları izah edən mərkəz direktoru UNEC-də innovativ sahibkarlıq modelinin yaradılması və hansı startaplara üstünlük veriləcəyi barədə danışıb.
Görüşdə bildirilib ki, mentorlar startapçılar üçün biznes və yumşaq bilikləri, o cümlədən komanda işi, liderlik və “lean” startap marketinq modeli üzrə təlimlər təşkil edəcəklər. İnnovasiya modellərinin tətbiq edilməsi üçün təklif edilən layihələrin informasiya kommunikasiya texnologiyalarına əsaslanan təhsil və təlim texnologiyaları, elektron maliyyə və marketinq texnologiyaları və yaşıl texnologiyalar üzərində köklənəcək. Startapların ayrı-ayrı komandalar kimi işləməklə yanaşı, bir-birinə dəstək verən startaplar ekosistemi kimi fəaliyyət göstərəcəyi də vurğulanıb. Tələbələrin bilik və bacarıqları, eləcə də novator ideyalara sahib olduqları önə çəkilən görüşdə UNEC-in startaplarının yaxın gələcəkdə ölkədə və regionda lider şirkətlər kimi formalaşacağına əminlik ifadə olunub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9434

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info