Harri Keyn 2017-ci ildə ən çox qol vuran futbolçu olub
Tarix: 27.12.2017 | Saat: 09:19:00 | E-mail | Çapa göndər


Futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda “Tottenhem” komandasının doğma meydanda “Sauthampton” üzərində 5:2 hesablı qələbəsi ev sahiblərinin heyətində ulduz futbolçu Harri Keyn üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, görüşdə 22-ci, 39-cu və 67-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trik edən H.Keyn 2017-ci il ərzində rəsmi matçlarda ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O, 52 oyunda 56 qolla ilin ən məhsuldar futbolçusu adını qazanıb.
İyirmi dörd yaşlı futbolçu bu göstərici ilə Lionel Messini (54), Robert Levandovskini, Kriştiano Ronaldonu və Edinson Kavanini (hər üçü 53 qol) qabaqlayıb.
İngiltərəli futbolçu bu qollardan 49-nu Premyer Liqada, 7-sini isə milli komandanın heyətində vurub. H.Keyn 2017-ci ildə Premyer Liqada forma geydiyi 36 matçda rəqib qapılarına 39 dəfə yol tapıb. Bundan əvvəlki rekord 42 oyunda 36 qol vuran Alan Şirerə məxsus idi.
O, Premyer Liqa tarixində bir ildə 6 dəfə het-trik edən ilk futbolçu olub.
H.Keyn il ərzində klub matçlarında vurduğu qolların sayına (49) görə yalnız Lionel Messi və Edinson Kavanidən geri qalır. Hər iki futbolçunun aktivində 50 top var.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Heyəti məşqçi yox, Messi müəyyənləşdirəcək
25.06.2018
“Rusiya 2018”: Kolumbiya-Polşa 3-0
24.06.2018
Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib
24.06.2018
Bu turnirdə rəqabət çox güclüdür
24.06.2018
“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info