Tərtərdə “Şəhadət” filmi nümayiş olunub
Tarix: 27.12.2017 | Saat: 09:21:00 | E-mail | Çapa göndər
Tərtər rayon Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nin Ağcabədi şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək “Şəhadət” filminin əhəmiyyətindən bəhs edib. Bildirib ki, sənədli film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən, radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.
Tərtər rayon Cümə məscidi dini icmasının sədri Sadiq Cəfərov çıxışında İslamda şəhidlik məqamından danışıb. O, başqa dövlətlərdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağın Islam dini ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Sonra “Şəhadət” sənədli filminə baxış olub. Ekran əsərinin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri komitənin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılıb
17.01.2018
Aleksey Beqovun fərdi sərgisi
17.01.2018
Ramiz Quliyev Ərdəbildə konsert verib
17.01.2018
“Qarabağnamə” 20 Yanvar faciəsi qurbanların xatirəsinə ithaf olunacaq
17.01.2018
Görkəmli Azərbaycan şairinin əsərləri nəşr olunub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8194

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info