Ağdamda yenidən Qarabağ xalçaları toxunur
Tarix: 27.12.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda 25 ildən sonra yenidən Qarabağ xalçaları toxunmağa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərxalça” ASC-nin Quzanlı qəsəbəsində inşa edilən filialında tikinti işləri başa çatıb. Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar, satış salonu və sairdən ibarət olan müəssisə lazımi inventar, dəzgahlar, avadanlıq və xammalla təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Müəssisənin həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, yerə asfalt örtük və tamet döşənib.
Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub ki, onlardan da 150-si xalçaçı qadınlar olacaq. Artıq filialda işləyəcək qadınlara xalça toxumağın sirləri öyrədilir.
Ömrünün qırx ilini xalçaçılığa həsr etmiş Əməkdar Mədəniyyət İşçisi Ceyran Əliyeva bu qədim el sənətinin incəliklərini ilmələrin dili ilə gənc xalçaçılara öyrədir. O, AZƏRTAC-a müsahibəsində deyib: “Xalçaçılıq nənələrimizin əllərinin hərarətindən, gözlərinin nurundan yaranmış bir sənətdir. Xalqımız min illərdir xalçaçılıq ənənələrini yaşadır və inkişaf etdirir. Ancaq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində 25 ildir ki, Qarabağda xalçalar toxunmurdu. Xalçaçılıq sənəti Qarabağda itmək üzrə idi. Bu gün “Azərxalça” ASC tərəfindən Ağdamda filialın yaradılması Azərbaycan xalça sənətinə, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə böyük töhfədir. Qarabağ xalçalarının şan-şöhrətinin özünə qaytarılması üçün görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Filialda əsasən məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən olan qadınlar xalçaçılıq peşəsinə yiyələnirlər. Onlar həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirəcək, həm də ailələrinin sosial rifahını yaxşılaşdıracaqlar.
Rayon sakini Kifayət Zeynalova da qədim el sənətini həvəslə öyrənir. “Xalçaçılıq bizə nənələrimizdən yadigar qalıb. Bu sənətə uşaqlıqdan böyük maraq göstərmişəm. Quzanlı qəsəbəsində belə bir müəssisənin yaradılması sevincimə səbəb oldu. Hazırda burada xalça toxumağı öyrənirəm. Həm sevdiyim sənətlə məşğul olacaq, həm də əməkhaqqı alacam”, – deyə gənc xalçaçı bildirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Naxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub
19.12.2018
Avtomobildə pirotexniki vasitələr və tütün məmulatları aşkar edilib
18.12.2018
Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlanıb
18.12.2018
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb
18.12.2018
İmişlidə 16 min ədəd tut tingi əkilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info