Peyklərin sınaqları keçirilir
Tarix: 27.12.2017 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Avropa Kosmik Agentliyinin mütəxəssisləri peyklərin korpuslarında quraşdırılan butan mühərriklər vasitəsilə orbiti müstəqil dəyişən kiçik “CubeSat” peyklərinin yeni modelini hazırlayıblar. İlk oxşar “GomX-4B” və “GomX-4A” peyklərinin 2018-ci ilin fevralında buraxılması nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, aparatlar kiçik tədqiqat avadanlığı dəsti və səkkiz kiloqramlıq peyki saniyədə 15 metr sürətlə hərəkətə gətirə bilən kiçik birləşdirilmiş manevr mühərrikləri ilə təchiz edilib. Aparat mühərrikin bir-birinin ardınca və ya cüt-cüt işə salınması sayəsində manevr edə biləcək. Mütəxəssislər qeyd edir ki, onların yanacağı təxminən 1 saatlıq fasiləsiz uçuş üçün kifayət edəcək.
Mühərrikləri hazırlayan “NanoSpace” şirkətinin rəhbəri bildirib ki, yanacaq təzyiq altındadır və kiçik ucluq vasitəsilə çıxır. “Biz maye butandan istifadə edərək uçuş aparatlarının sürətini xeyli artırmağa nail olduq. Qazın maye formasında qazaoxşardan təxminən min dəfə sıx olmasına görə baka bir saatlıq uçuş üçün nəzərdə tutulan butan doldurulub”, - şirkət rəhbəri vurğulayıb.
Məlumata görə, raketdaşıyıcısından ayrılandan sonra “GomX-4B” və “GomX-4A” antenaları bir-birinə tərəf açaraq uzaqlaşmaq və peyklərarası rabitəni yoxlamaq üçün mühərriklərdən istifadə edəcəklər. Gələcəkdə alimlər tərəfindən mühərriklərin müxtəlif iş rejimlərinin sınaqları planlaşdırılır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Göbələkdən necə xilas olmaq lazımdır
25.06.2018
“WhatsApp” messencerində stikerlər əlçatan olacaq
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info