Dünyanın ən varlı 500 şəxsinin sərvəti bir ildə 1 trilyon dollar artıb
Tarix: 27.12.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Dünyanın ən varlı 500 insanı 2017-ci ildə sərvətlərinə 1 trilyon dollar əlavə edib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg”in milyarderlər indeksində yer alan məlumata əsasən, dünyanın ən varlı 500 şəxsinin 2016-cı il dekabrın 27-də 4,4 trilyon dollar olan sərvətləri 2017-ci il dekabrın 26-da 23 faiz artaraq 5,3 trilyon dollara çatıb.
Keçən il hər gün sərvətlərinə 2,7 milyard dollar əlavə edən dünyanın ən varlı insanları 2017-ci ildə bundan dörd dəfə çox pul qazanıblar.
ABŞ-ın ticarət nəhəngi “Amazon” kompaniyasının banisi Ceff Bezos bu göstəriciyə görə ən yüksək nəticə göstərib və varidatını 34,2 milyard dollar artıraraq 99,6 milyard dollara çatdırıb. O, 2013-cü ildən bəri dünyanın ən varlı insanı olan 91,3 milyard dollarlıq sərvətə malik “Microsoft” kompaniyasının yaradıcısı Bill Qeytsin titulunu əlindən alıb.
Siyahıya daxil olan varlılar arasında 38 çinli milyarder sərvətlərinə əlavə etdikləri 177 milyard dollarla varidatlarını 65 faiz artırıb. Reytinqdə 159 varlı ilə təmsil olunan ABŞ milyarderləri isə 315 milyard dollar artımla sərvətlərini 18 faiz çoxalda bilib.
2017-ci ildə 57 texnologiya milyarderi 262 milyard dollara çatan sərvətlərini 35 faiz artırmağa müvəffəq olub. “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zuckerbergin 22,6 milyard dollarlıq varidatında 45 faizlik gəlir qeydə alınıb.
İndeksdə yer alan 440 milyarderin sərvətləri 1,05 trilyon dollar artdığı halda, 58 milyarder 46 milyard dollar ziyana düşüb. Fransanın telekommunikasiya nəhəngi Patrick Drahi 4,1 milyard dollarlıq geriləmə ilə varidatı ən çox azalan şəxs olub.
Ötən il reytinqdə yer alan 60 milyarder ziyana uğradıqları və ya rəqiblərinin onları üstələməsi səbəbindən siyahıdan kənarda qalıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
15.06.2018
Rusiya ABŞ Donanmasını “batırmaqla“ təhdid edir
14.06.2018
Türkiyə-Rusiya-ABŞ üçbucağı: S-400-ə qarşı F-35
14.06.2018
Ərdoğan: “TANAP-ın açılışı Türkiyəni regionda daha güclü dövlətə çevirəcək”
14.06.2018
Tomris Azəri: “Hər bir azərbaycanlı dövləti ilə fəxr edir”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info