Zaqatala Uşaq İncəsənət Məktəbinin binası istifadəyə verilib
Tarix: 27.12.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Zaqatala Uşaq İncəsənət Məktəbinin binası əsaslı təmirdən sonra dekabrın 27-də yenidən şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə məktəbin direktoru Fərhad Acırqayev zəngin musiqi ənənələri olan tədris ocağının keçdiyi şərəfli yol barədə qısa məlumat verib. Bildirilib ki, 1953-cü ildən fəaliyyət göstərən məktəbdə hazırda 9 ixtisas üzrə 624 şagird təhsil alır. Məktəbin yetirmələri respublika səviyyəli müsabiqələrdə, tədbirlərdə həmişə fəallıq göstərir, uğur qazanırlar.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, son illər rayonda təhsil və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 60 ildən çoxdur fəaliyyət göstərən məktəb indiyədək əsaslı təmir olunmayıb. İncəsənət məktəbində əsaslı təmir işlərinə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2017-ci ilin yanvarında başlanılıb və təmir işləri yüksək keyfiyyətlə aparılıb.
Tədbir məktəbin şagirdlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
15.08.2018
Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır
14.08.2018
İsmayıllıda 61 ton bal istehsal edilib
14.08.2018
Şimal bölgəsində 21 məktəb üçün modul tipli bina quraşdırılır
14.08.2018
Xəzər sahili zonasında reydlər davam etdirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9872

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info